Yusubov Anar Abdul Vahid oğlu — Azərbaycanlı bəstəkar və kamança ifaçısı.
Həyatı Yusubov Anar Abdul Vahid oğlu 6 yanvar 1989 cu ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili İlk musiqi təhsilini 1998–2004 cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışdır. 2004–2008 ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində; 2008–2012 ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2014–2016 cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistr dərəcəsi almışdır.2020 ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompüter elmləri ixtisasına qəbul olmuşdur. Hal hazırda ikinci təhsilini alır
Səhnə fəaliyyəti Peşəkar səhnə fəaliyyəti illərində Respublikanın xalq artistləri Səkinə İsmayılova və Simarə İmanova ilə illərlə işləmişdir.
İştirak etdiyi beynəlxalq festivallar Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan və bir çox ölkələrdə konsert proqramları və festivallarda çıxış etmişdir. 2011-ci il 14–21 mart "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı 2012-ci il 20–27 aprel "Cappadocia geceleri" Festivalı 2013-cu il 1–3 fevral Hindistanın Kolkata şəhərində "Sufi-sutra"Festivalı. Muğam ve Raganın sintezini hindistanli musiqiçilərlə birlikdə etmişdir. Bu layihe "Muraağam"adlanır. 2013-cu il 9 fevral Hindistanın Kalkotka şəhərində keçirilən "Fusion Fiesta" Beynəlxalq Festivalı 2013-cu il 9 iyun Nevşehir Cappadocia da "Ideogram Tiyatro projesi" çərçivəsində "Muğam gecəsi" Festivalı 2015-ci il 21–23 avqustda Türkiyənin Nevşehir Cappadocia şəhərində keçirilən "Cappadocia Teatr Festivalı" 2016 ci il 4–10 iyul Slovakiyanın Nitra şəhərində "Akademicka Nitra" Festivalı 2018-ci il 27 iyul- 1 iyul "İpək yolu" IX Beynəlxalq Musiqi Festivalı 2019-cu ildən Türkiyənin məşhur productionu "Kınay production" ilə çalışır.
Pedaqoji fəaliyyəti 2012-ci ildən bəri Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində pedaqoji fəaliyyət göstərir.
Bəstəkarlıq fəaliyyəti İlk bəstələrini özü ifa etmişdir. Repertuarında olan "İlk və son", "Rising sun", "Xatirələr" adlı musiqilər özünə məxsusdur. Sonradan serial musiqiləri bəstələməyə başlamışdır. 2020-ci ildə Oksi media production tərəfindən çəkilən və 2020-ci ildə İTV telekanalında yayımlanan "Yalan həqiqət" adlı serialın və 2021-ci ildə ARB telekanalında yayımlanan "Son nəfəs" adlanan serialın bəstələri Anar Yusuba aiddir.
İstinadlar
Xarici keçidlər