İntermediantlar – aralıq (latınca intermedius - orta) maddə olub, kimyəvi reaksiya zamanı əmələ gələn və daha sonra reaksiya məhsullarına qədər reaksiyaya girən qısa ömürlü maddələrdir. Ümumiyyətlə, intermediantlar doymamış elektron halələri olan atomlar və ya molekullardır. Məsələn, radikallar, karbkationlar, karbanionlar.
İntermediantlariın sürətlə reaksiyaya girməsi səbəbindən onların reaksiya qarışığındakı konsentrasiyası çox aşağı olur. Buna görə də onların meydana gəlməsi ya nəzəri cəhətdən irəli sürülür, ya da müasir fizik-kimyəvi analiz metodlarından istifadə etməklə aşkarlanır. Bəzən intermediant aralıq keçid vəziyyəti ilə qarışdırılır, lakin bu doğru deyil, çünki intermediant prinsipcə ayrıla bilər, keçid vəziyyətinin mövcudluğu isə yalnız müstəsna hallarda qeyd edilə bilər.
İntermediantların əsas növləri
Karbkationlar - Karbanionlar - karbonun paylaşılmamış elektron cütünə malik olduğu və adətən üç əvəzedici ilə cəmi səkkiz valent elektronu olan mənfi yük daşıdığı anionlardırhttps://chem.libretexts.org - Carbanions. İstifadə tarixi: 18 yanvar 2026.. Bütün karbanionlarda elektron sıxlığı mənfi yüklü karbon atomunda yüksək dərəcədə cəmləşmişdirhttps://byjus.com/chemistry - What is a Carbanion? İstifadə tarixi: 18 yanvar 2026.. Radikallar İon radikalları Yükü transfer olunan komplekslər (YTK) Karbenlər Nitrenlər
Mənbə Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1990. — Т. 2 (Даф-Мед). — 671 с. — ISBN 5-82270-035-5. Kateqoriya:Kimyəvi maddələr Kateqoriya:Kimyəvi reaksiyalar Kateqoriya:Üzvi kimya Kateqoriya:Fiziki kimya