– Yaponiya fotomodeli və tarento. 2011-ci ilə kimi orijinal səhnə adı Saya idi. Atası çeroki əsilli amerikalıdır, anası isə yapondur.
"Super Continental" agentliyi ilə əməkdaşlıq edir.
Həyatı Saya İçikkava 14 fevral 1987-ci ildə Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 4-13 yaşlarında Detroyt şəhərində yaşamışdır. Kolumbiya, Çikaqo və Nyu-York Universitetlərinə qəbul olmuşdur. Kolumbiya Universitetinə daxil olmağı planlaşdırsa da, fotomodel karyerasına diqqət ayırmaq üçün kolleci bir il gecikdirmişdir. İçikava bir ildən sonra ABŞ-də qayıtmaq istəsə də, karyerasından zövq almış və Yaponiyada qalmaq qərarına gəlmişdir. 2010-cu ildə Vaseda Universitetindən məzun olmuşdur.
İçikava 16 yaşında "Vivi" və "25ans" jurnalları üçün fotomodel olmağı qəbul etmişdir. Hazırda aktiv şəkillərdə moda jurnalları üçün fotomodellik edir. "Sumo Fan", "Sweet", "More", "Baila", "Maquia" jurnalları üçün modellik etmişdir.
4 aprel 2016-cı ildə Fuji Television kanalının "Sənin vaxtın" xəbərlər verilişində aparıcılıq etmişdir.
Modellik etdiyi jurnallar İl Ad Qeydlər 2003 Vivi 2008 25ans Ekslüsiv model sweet DaimiMore DaimiBaila Daimi 2011 Maquia "Saya Ichikawa no Hon areba Koso, Bi Jinsei!" 2014 Tabi to Tetsudō "Saya Ichikawa: Ninki Tokkyū de yukou!" Sumo Fan I-IV cildlərin üzlüklərindəSpur King "Saya no School of Rock"Miss Classy An an VoCE Nylon Tokyo Girls Collection 2017 Sumo Fan V cildin üzlüyü
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:ABŞ-dəki Yaponiya qürbətçiləri