Səxavət Məmmədov (tam adı: Məmmədov Səxavət Bəhram oğlu; ) — Azərbaycanlı tarzən. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, respublika və beynəlxalq müsabiqələr qalibi. O, 2012-ci ildə Xalq artisti Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş "Tar ifaçılarının muğam müsabiqəsi"nin I yer qalibi, 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsinin laureatı, 2014-cü ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq "Fəcr" festivalının iştirakçısı, Türkiyənin "Altın Zirvə Ödülləri 2022" mükafatı laureatı olub.

Səxavət Məmmədov 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Sarı simin lisanı" adlı solo konsert verib.

Həyatı Məmmədov Səxavət Bəhram oğlu 1993-cü ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini 2004–2009-cu illərdə Bakıxanov qəsəbəsi 4 saylı uşaq musiqi məktəbində alıb. 2009–2013-cü illərdə Asəf Zeynallı adına Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib. 2013–2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2017–2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili almışdır.

Səxavət Məmmədov 2019-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır. 2025-ci ildən etibarən "baş müəllim" vəzifəsində çalışır. O, 2012-2019 cu illərdə Azəbaycan Dövlət Televiziya və Radiosu, Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblında "konsertmeyster" vəzifəsində çalışıb. 2018-2025 -ci illərdə isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solo tar ifaçısı olaraq çalışıb.

Fəaliyyəti və nailiyyətləri 2012-ci ildə Xalq artisti Əhmədxan Bakıxanovun 120 illik yubileyinə həsr olunmuş "Tar ifaçılarının muğam müsabiqəsi"ndə I yerə layiq görülüb. 2013-cü ildə bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı olub. 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsinin laureatı olub. 2014-cü ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq "Fəcr" festivalında iştirak edib. 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Sarı simin lisanı" adlı solo konsert verib. 2019-cu ildə Rusiyanın Sankt-Peterburq və Qazaxıstanın Astana şəhərlərində konsert proqramı ilə çıxış edib. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının "Cheick Tidiane Seck" qrupu ilə birgə konsert verib. 2012–2019-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblında konsertmeystr vəzifəsində çalışıb. 2022-ci ildə Türkiyənin "Altın Zirvə Ödülləri 2022" mükafatı laureatı olub.

Diskoqrafiya

Albomları Tarix Albom Keçidlər 2019 Sarı simin lisanı Spotify, Itunes Sinql və klipləri Tarix Ad Keçidlər 2020 Muğamsayağı Spotify, Itunes, Youtube Konsertləri Tarix Ad Keçidlər 2018 Sarı simin lisanı Youtube

İfa etdiyi rəsmi tədbirlər Sənətə gəldiyi gündən Səxavət Məmmədov saysız yerli və beynəlxalq müsabiqə və tədbirlərdə iştirak etmiş, həmçinin laureat olmuşdur. Braziliyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsertin, Maltanın paytaxtı Valletta şəhərində yerləşən "Palazzo de La Salle" sarayında Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü münasibətilə tədbirin,Xorvatiyanın Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbirin,Tbilisidə 28 May — Müstəqillik Günü ilə əlaqədar bayram tədbirin,Mədəni əlaqələri gücləndirmək üçün Ər-Riyad tədbirinin,Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində "Sülh və birgəyaşayış" adlı tədbirin,İsveçin paytaxtı Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konsertinin iştirakçısı və laureatı olub.

Səxavət Məmmədovun iştirakçısı və laureatı olduğu mədəni tədbirlər sırasına:2024-cü ilin oktyabrında Türkiyənin paytaxtı Ankarada, Qazi Universitetində Azərbaycanın dünya şöhrətli şair və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqdar "Beynəlxalq Füzuli Simpoziumu" və bədii gecədə çıxış; 2025-ci ilin aprelində Qırğızıstanın Bişkek şəhərində keçirilən Azərbaycan Mədəniyyət günlərində çıxış, 2025-ci ilin avqustunda Türkmənistanda konsert programı ilə çıxış, 2026-cı ilin martında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin İzmir şəhərində konsert proqramı da daxildir.

Səxavət Məmmədov Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: Vikipediyanın 25 illiyinə həsr olunmuş tədbirin yeganə musiqi ifaçısı olub. Tədbirdə, onun ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" uverturası səslənib.

Səxavət Məmmədov həmçinin, 2026-cı ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konsert proqramının; Xızıda, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, aparıcı bədii kollektivlərin iştirakı ilə gerçəkləşən ölkəmiqyaslı qastrol proqramı çərçivəsində təşkil olunmuş konsert proqramının iştirakçısı, ifaçısı olub.

15 iyun 2026-cı ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xankəndində keçirilən, Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsertdə Səxavət Məmmədov çıxış edib.

Qalereya

İstinadlar

Media hesabları

Instagram hesabı Facebook səhifəsi Youtube kanalı Spotify Apple music Tidal hesabı Qobuz hesabı Yandex hesabı Deezer hesabı VK hesabı

Xarici keçidlər

HACI Xanməmmədov 2 Saylı konsert | Səxavət Məmmədov | Maestro Ayyub Guliyev |live at Braziliya Səxavət Məmmədov Tar- Çahargah Rapsodiyası H. Rzayev, Maestro Əyyub Quliyev | live at Braziliya Hacı Xanməmmədov 2 saylı konsert (1-2-3 hissə) Səxavət Məmmədov -Tar . Maestro Fuad İbrahimov Səxavət Məmmədov Tar - Sarı simin lisanı (Baki Solo konsert 2018) Səxavət Məmmədov Tar - RAST klassik mugamı Libertango -Astor Piazzolla, Səxavət Məmmədov tar. Maestro Əyyub Quliyev |live in Almaniya Berlin

Kateqoriya:Azərbaycan tarzənləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Milli Konservatoriyasının məzunları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan musiqiçiləri