Otluqbeli Döyüşü Şəhidləri Abidəsi (türkcə: Otlukbeli Savaşı Şehitleri Anıtı) — Türkiyənin Ərzincan bölgəsinin Otluqbeli məntəqəsində yerləşən abidə. 2008-ci ildə açılışı edilən abidə 1473-cü ildə bu bölgədə iki türk-müsəlman dövləti olan Ağqoyunlu və Osmanlı arasında baş vermiş döyüşdə həyatını itirən döyüşçülərin xatirəsinə həsr edilmişdir.
Döyüş Otluqbeli döyüşü 1473-cü ilin 11 avqustunda Osmanlı hökmdarı II Mehmedlə Ağqoyunlu hökmdarı Sultan Uzun Həsən arasında baş vermişdir. İki dövlətin toqquşan maraqlari nəticəsində meydana çıxmış döyüş 8 saat davam etmiş və minlərlə insanın həyatını itirməsi ilə nəticələnmişdir. Döyüşün nəticəsində odlu silaha malik olan Osmanlı dövləti yalnız ənənəvvi süvari orduya malik Ağqoyunlu dövlətinə qalib gəlmişdir.
Abidə Otluqbelinin bölgə valisi Şefik Aygöl 2008-ci ildə Kiçik Otluqbeli kəndində, yəni Otluqbelinin 4 km şimalında abidənin ucaldılması barədə əmr vermişdir. Şefik Aygöl bu məsələ barədə demişdir:
Abidə kiçik göl olan Otluqbeli, digər adı ilə Acıgöl gölünün yaxınlığında yerləşir. Abidənin ərazisi 1.000 m2-dan ibarətdir. Abidənin açılışı 11 avqust 2008-ci ildə, yəni tarixi döyüşün 535-ci ildönümündə edilmişdir.
Abidə komandanlar olan II Mehmed və Uzun Həsənin relyeflərini özündə əks etdirdiyindən diqqət çəkir və hər iki tərəfdən ölən bütün əsgərlərə həsr olunmuşdur.
References
Kateqoriya:Türkiyə abidələri Kateqoriya:2008-ci ildə tamamlanmış binalar və tikililər