Pəncşir vilayəti (, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Coğrafiyası Vilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər, inzibati mərkəzi Bazarək şəhəridir. Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır. Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir.

Əhalisinin etnik tərkibi Əhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir.

Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar.

Həzaralar şiə-islam etiqadlı qədim türk (faktlara əsasən qədim Dəri dilində danışırlar) kökənli xalqdır. Əsasən kompakt şəkildə vilayətin Hisa-i-Avali Pəncşir və Hisa-i-Duvumi Pəncşir rayonlarında taciklərlə qarışıq halda yaşayırlar.

Nuristanilər vilayətdə kata tayfası ilə təmsil olunmuşlar. Bu tayfa Hisa-i-Avali Pəncşir rayonunun cənub-şərqində yaşayır.

Paşayilər dravid dil ailəsinə aid bir dildə danışırlar. Onlar vilayətin Hisa-i-Duvumi Pəncşir rayonunun cənub-şərqində məskunlaşıblar.

Rayonlar Pəncşir vilayəti inzibati cəhətdən Salang, Pəncşir, Hisa-i-Duvumi Pəncşir və Hisa-i-Avali Pəncşir rayonlarına bölünür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Əfqanıstan vilayətləri Kateqoriya:2004-cü ildə yaranmış dövlətlər və ərazilər