Futbol üzrə 9-cu Avropa çempionatı (, ) — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi.

SSRİ dağıldığına görə püşkatmadan iki həftə əvvəl SSRİ millisinin yerinə MDB millisinin iştirakına icazə verilmişdir.

Danimarka millisinin çempionluğu hamı üçün gözlənilməz olmuşdur. Belə ki, bu komandanın çempionatda iştirak edəcəyinə final turnirinin başlamasına bir neçə gün qalmış qərar verilmişdir. Çünki seçmə mərhələsində Danimarkanın təmsil olunduğu 4-cü qrupda birinci yeri Yuqoslaviya millisi tutmuşdur. Danimarkalılar qrup ikincisi olaraq final turnirinə vəsiqə əldə edə bilməmişdilər. Amma Yuqoslaviya da SSRİ kimi dağılmış, bununla belə keçmiş SSRİ-dən fərqli olaraq (MDB millisi adı altında) keçmiş Yuqoslaviyanın final turnirində iştirakına icazə verilməmişdir. Bu qərardan sonra turnirin final mərhələsində iştirak edən Danimarkanın heyətlə də bağlı problemləri vardı. Baş məşqçi ilə aralarında narazılıq olduğuna görə millinin, eləcə də Barselona klubunun 28 yaşlı oyunçusu, Mikael Laudrup heyətdə yer almamışdır. Onu da qeyd etmək gərəkdir ki, bu şempionatdan 14 il sonra — 2006-cı ildə Mikael Laudrup Danimarkada bütün zamanların ən yaxşı danimarkalı futbolçusu elan edilmişdir.

İştirakçılar

Şəhərlər və stadionlar 180px Göteborq Stokholm Ullevi Rosunda Tutumu: 44,000 Tutumu: 40,000 226px 210px Malmö Norrçöpinq Malmo İdrottsparken Tutumu: 30 000 Tutumu: 23 000 226px 210px

Seçmə mərhələsi oyunları

Komandaların heyətləri

Final turniri A qrupu KomandaOQBMTXallar3210531112 − 2330212 − 3230211 − 22

B qrupu KomandaOQBMTXallar3210531114 − 4331023 − 3230211 − 42

Pley-off

1/2 final

Final

Avropa çempionu1992Birinci titul

Bombardirlər 3 top Dennis Berqkamp Henrik Larsen Karl-Haynts Ridle Tomas Brolin (1-i penaldan)

2 top Jan-Pyer Papen Frank Raykard Tomas Hessler Yan Eriksson

1 top Yürgen Klinsman Ştefan Effenberq İqor Dobrovolski

Simvolik yığma komanda Q Peter Şmeyxel M Joslen Anqloma M Loran Blan M Andreas Breme M Yürgen Koler Ym Brian Laudrup Ym Ştefan Effenberq Ym Tomas Hessler Ym Ruud Qullit H Dennis Berqkamp H Marko van Basten

İstinadlar

Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1992. İsveç UEFA Avro 1992 UEFA-nın rəsmi saytında UEFA-nın rəsmi saytında turnirin rusdilli səhifəsi

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:İsveçin ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1992-ci ildəki hadisələr Kateqoriya:1992-ci ildə İsveçdə futbol Kateqoriya:1991/1992 mövsümündə Avropada futbol