Vladimir Nikolayeviç Obraztsov (; ) — nəqliyyat sahəsi üzrə SSRİ alimi, SSRİ Dövlət mükafatı laureatı (1942, 1943). 1939-cu ildə SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur.

Həyatı Vladimir Nikolayeviç Obraztsov 18 iyun 1874-cü il tarixində Rusiya imperiyasının Xerson quberniyası ərazisində yerləşən Mikolayev şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1919–1922-ci illərdə Moskva Mülki Mühəndislər İnstitutunda, 1923–1949-cu illərdə isə Moskva Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunda professor olmuşdur. Obraztsov 1935–1940-cı illərdə həm də Moskva Elmi-Tədqiqat Dəmiryol Nəqliyyat İnstitutunda rəis işləmiş, 1939-cu ildən ömrünün sonunadək SSRİ Elmlər Akademiyası nəqliyyat problemləri bölməsinə başçılıq etmişdir. Onun əsas tədqiqatları dəmiryol stansiyası və qovşaqlarının layihələnməsinə həsr olunmuşdur. Obraztsov 1935-ci ildə XVI çağırış Ümumrusiya MİK üzvü, həmçinin SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur. O, 28 noyabr 1949-cu il tarixində, 75 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

Şəxsi həyatı Vladimir Obraztsovun oğlu Sergey Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatıdır (1946).

Təltif və mükafatlar Obraztsov 1942-ci və 1943-cü illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 4 başqa orden və medallarla təltif olunmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat Куванов А. На самолёте "Ртищевский железнодорожник" // Путь Ленина. — 11 января 1978

Xarici keçidlər

Памяти академика В. Н. Образцова // Вестник АН СССР, 1950, № 2, стр. 65–66 Профиль Владимира Николаевича Образцова на официальном сайте РАН

Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları