2014 FİFA Dünya Kuboku () — 2014-cü ildə Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FİFA tərəfindən təsdiq edilmişdir. Bu, Braziliyada 1950-ci ildə keçirilmiş Dünya kuboku yarışmasından sonra sayca ikinci, 1978-ci ildən sonra isə Cənubi Amerikada təşkil edilmiş ilk mundial olmuşdur.

31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 20 noyabr 2013-cü ildə isə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransa və İspaniya) turnirdə mübarizə etmə hüququ qazanmışdılar.

Dünya Kubokunun tarixində ilk dəfə "goal-line" texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir.

Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Götzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı.

Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya — Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7 : 1 hesabı ilə məğlub edərək, tarixdə ən böyük hesablı qələbərdən birinə nail olmuşdur. Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq, Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya — Niderland oyunundan sonra qəbul edilmişdir.

İlkin hazırlıq

Turnirin təşkilatçısı right|thumb|250px|FİFA prezidenti Yozef Blatter çempionatın ev sahibini elan edir Dünya Çempionatının keçiriləcəyi ölkənin şeçilməsində kontinentlərin rotasiya prinsipi nəzərə alındığına görə, 2014-cü ildə futbol üzrə Dünya Kuboku Cənubi Amerikada keçirilməli idi. Braziliya isə yeganə favorit namizəd idi. 2003-cü ildə Cənubi Amerikanın digər ölkələri Braziliyanın namizədliyini dəstəkləməyə razılıq verdilər. Buna baxmayaraq, Dünya çempionatının keçirilməsinə Braziliya ilə yanaşı bir neçə dövlət iddialı idi. Belə ki, çempionatın keçirilməsi üçün Kolumbiya da öz iddiasını irəli sürmüşdü, lakin 1986-cı ildə dünya çempionatının keçirilməsi məqsədilə Kolumbiyanın üzərinə düşən öhtəlikləri yerinə yetirməməsini nəzərə alaraq, onun namizədliyi "qeyri ciddi" kimi qəbul edilmişdi. Bu səbəbdən 1986-cı ildə turnir ikinci dəfə Meksikada müvəffəqiyyətlə keçirilmişdir.

2003-cü ilin mart ayında FIFA bəyan etmişdir ki, 1978-ci ildən sonra turnir ilk dəfə Cənubi Amerikada keçiriləcək. Həmin il 3 iyun tarixində CONMEBOL Argentina, Braziliya və Kolumbiya 2014-cü ilin Dünya Kubokuna sahiblik etmək üçün öz ərizələrini təqdim edəcəklərini bildirmişlər. Braziliya öz ərizəsini rəsmən 2006-cı ilin dekabr ayında təqdim etmişdir. 11 aprel 2007-ci ildə keçirilmiş səsvermənin nəticəsinə görə, Braziliya çempionatda ev sahibliyi etmək hüququnu qazandı. Beləliklə, Meksika, İtaliya, Fransa və Almaniyadan sonra Braziliya da ikinci dəfə Dünya Kubokuna ev sahibliyi etmişdir.

Rəsmi top left|thumb|250px|Adidas Brazuca topu

2014-cü ilin Dünya çempionatın rəsmi topun adını təyin etmək məqsədi ilə, Adidas şirkəti tərəfindən tarixdə ilk dəfə olaraq internet vasitəsilə GloboEspote.com saytında səsvermə prosesi keçirilmişdir. Səsvermədə topun adı məhz azarkeşlərin sayəsində şeçilmişdir. 2012-ci ilin 2 sentyabr tarixində FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, səsvermənin nəticəsinə görə, Dünya Çempionatının rəsmi topu olaraq Adidas şirkətinin Brazuca adlı topu seçilmişdir.

4 dekabr 2013-cü ildə isə Brazuca Rio de Janeyro şəhərində rəsmi olaraq təqdim edilmişdir. FİFA-nın məlumatına görə, Brazuca braziliyalıların milli fəxrini, onların həyat tərzini, emosiyalarını, habelə insanlara xeyrixahlıqını təsvir edir.

Rəmzlər right|thumb|250px|Klaudiya Leytte, Pitbull və Cennifer Lopes açılış mərasimində "We are one(Ole Ola)" mahnısını ifadə edirlər

Emblem 2010-cu ilin Dünya Çempionatı ərzində Yohannesburq şəhərində keçirilən mərasimdə turnirin rəsmi emblemi təqdim edilmişdi. Emblemin seçilməsi üzrə komitəyə memar Oskar Nimeyer, tərtibatçı Hans Donner, modelçi Jizel Bündhen, yazıçı Paulo Koelyo, müğənni İveti Sanqalu, 2014-cü ilin Dünya Çempionatı təşkilat komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katib Jerom Valk daxil idilər. Komitə üzvləri tərəfindən seçilmiş emblem "Ruhlanma" (port. Inspiração) adını daşıyır. Həmin emblem Braziliyanın "Afrika" agentliyi tərəfindən tətbiq edilib.

Talisman Talismanın seçimi FİFA-nın qərarı ilə 2012-ci ilin mart ayında keçirilmişdir. Qalib uğrunda Arara, Saci, Fuleco Yaquar və Armadilo mübarizəyə qoşulmuşdur. 16 sentyabr 2012-ci ildə turnirin rəsmi talismanı ictimaiyyətə təqdim edilmiş və müsabiqənin nəticələrinə görə, qalibiyyət Fuleko adını daşıyan armadil tərəfindən əldə olunmuşdur. Onun visual siması Braziliya bayrağına daxil olan rənglərdən (göy, yaşıl və sarı) ibarət olan üç diapasonları, ağ rəngli koynəyi və yaşıl rəngli şortiki ifadə edir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə müvafiq olaraq, armadillərin Braziliyada məhv olma təhlükəsi var. Buna görə də FİFA-nın təşkilat komitəsi, heyvanların və ətraf mühitin qayğısına qalaraq, talisman qismində məhz bu heyvanı seçmişdir.

Talismanin prezentasiya zamanı FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, üç diapasonlardan ibarət olan armadil talisman kimi çox mükəmməldir. Onun sözlərinə görə, çempionatın əsas məqsədlərdən biri ətraf mühitin və ekologiyanın qorunması məsələlərində diqqət ayırılmasında olmasıdır.

Rəmsi mahnı 23 yanvar 2013-cü ildə FİFA və Sony Music tərəfindən turnirin rəsmi mahnısı təqdim edildi. Bu mahnı amerikalı musiqiçi Pitbull, braziliyalı Klaudiya Leytte və pop-estrada müğənnisi Cennifer Lopesin ifa etdiyi "We are one(Ole Ola)" kompozisiyası oldu.

Seçmə mərhələsi Dünya Çempionatının seçmə mərhələsi 15 iyun 2011-ci il 20 noyabr 2013-cü ilə qədər keçirilmişdir. 2011-ci ilin 3 mart tarixində FİFA final mərhələsində regional konfederasiyalar üzrə yerləri bölüşdürmüşdür. Bölüşdürmə əvvəlki iki dünya çempionatdaki kimi qalmışdır. Həmin yerlərdən biri ev sahibi, 29 final mərhələsində təmin olumnuş yerlər konfederasiyalar, daha 2 yerlər isə kontinental pley-off mərhələsinin qalibləri arasında bölüşdürülmüşdür. İştirakçı cütliklərin tərkibi 29 iyul 2011-ci ildə keçirilmiş püşk atma mərasimində müəyyən olunmuşdur.

Turnirin iştirakçıları

Milli komandalar right|thumb|410px| Vəsiqə qazanmış ölkələr Final mərhələsinə addımlamayan ölkələr Ərizəni təqdim etməyən ölkələr FİFA üzvü deyil

Final mərhələsində turnirin ev sahibi Braziliya ilə birlikdə 32 komanda iştirak edib. İştirakçılar seçmə mərhələləri çərçivəsində final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdılar (bundan başqa iki iştirakçı kontinentlərarası pley-off məhlələlərində oynayıblar). Onların arasında vaxtıilə çempion titulunu qazanmış bütün 8 komanda iştirak edib. Bosniya və Herseqovina dünya çempionatlarının final mərhələsində debut edən yeganə ölkə idi.

Heyətlər Rəsmi ərizəni təqdim etməkdən əvvəl, 13 may 2014-cü ilə qədər milli komandalar 30 oyunçudan ibarət olan ilkin heyətləri açıqlamalı idilər. Sonuncu təqdim edilmiş ərizəyə əsasən, hər milli komandanın heyətinə 3 qapıçı ilə birlildə 23 oyunçu qatılmalı idi. Ərizə 2 iyun 2014-cü ilə qədər təqdim edilməlii idi. KonfederasiyaYığmaTəsnifat mərhələsindəFifa Dünya Kubokuna çıxış tarixiFinal mərhələsində iştirak edibDalbadalAxirinci dəfə iştirak edibƏn yaxşı nailiyyətFIFA reytinqində (turnir başlayan zamanı)CONMEBOLTəşkilatçı30 oktyabr 20072020 2010Çempion (1958, 1962, 1970, 1994, 2002)3Cənubi Amerika, 1-ci yer10 sentyabr 20131611 2010Çempion (1978, 1986)5Cənubi Amerika, 2-ci yer11 oktyabr 201351 19981/8 final (1990)8Cənubi Amerika, 3-cü yer15 oktyabr 20139220103-cü yer (1962)14Cənubi Amerika, 4-cü yer15 oktyabr 201331 20061/8 final (2006) 26Cənubi Amerika, pley-off mərhələsi20 noyabr 2013122 2010Çempion (1930, 1950)7AFCАsiya, A qrupu, 1-ci yer18 iyun 201341 2006Qrup mərhələsi (1978, 1998, 2006)43Аsiya, A qrupu, 2-ci yer18 iyun 201398 20104-cü yer (2002)57Аsiya, B qrupu, 1-ci yer4 iyun 201355 20101/8 final (2002, 2010)46Аsiya, B qrupu, 2-ci yer18 iyun 201343 20101/8 final (2006)62CAFAfrika, pley-off mərhələsi16 noyabr 201333 2010Qrup mərhələsi (2006, 2010)23Afrika, pley-off mərhələsi16 noyabr 201352 20101/8 final (1994, 1998)44Afrika, pley-off mərhələsi17 noyabr 201372 20101/4 final (1990)56Afrika, pley-off mərhələsi19 noyabr 201333 20101/4 final (2010)37Afrika, pley-off mərhələsi19 noyabr 201342 2010Qrup mərhələsi (1982, 1986, 2010)22CONCACAFŞimali Amerika, 1-ci yer10 sentyabr 2013107 20103-cü yer (1930)13Şimali Amerika, 2-ci yer10 sentyabr 201341 20061/8 final (1990)28Şimali Amerika, 3-cü yer15 oktyabr 201332 2010Qrup mərhələsi (1982, 2010)33Şimali Amerika, pley-off mərhələsi20 noyabr 2013156 20101/4 final (1970, 1986)20UEFAAvropa, A qrupu, 1-ci yer10 sentyabr 2013121 20024-cü yer (1986)11Avropa, D qrupu, 1-ci yer10 sentyabr 20131814 2010Çempion (1934, 1938, 1982, 2006)9Avropa, C qrupu, 1-ci yer11 oktyabr 20131816 2010Çempion (1954, 1974, 1990)2Avropa, D qrupu, 1-ci yer10 sentyabr 2013103 20102-ci yer (1974, 1978, 2010)15Avropa, E qrupu, 1-ci yer11 oktyabr 2013103 20101/4 final (1934, 1938, 1954)6Avropa, F qrupu, 1-ci yer15 oktyabr 201331 2002Qrup mərhələsi (1994, 2002)19Avropa, G qrupu, 1-ci yer15 oktyabr 201311——21Avropa, H qrupu, 1-ci yer15 oktyabr 2013145 2010Çempion (1966)10Avropa, I qrupu, 1-ci yer15 oktyabr 20131410 2010Çempion (2010)1Avropa, pley-off mərhələsi19 noyabr 201364 20103-cü yer (1966)4Avropa, pley-off mərhələsi19 noyabr 2013145 2010Çempion (1998)17Avropa, pley-off mərhələsi19 noyabr 201332 2010Qrup mərhələsi (1994, 2010)12Avropa, pley-off mərhələsi19 noyabr 201341 20063-cü yer (1998)18

Hakimlər 2013-cü ilin mart ayında FIFA futbol konfederasiyalardan olan 52 potensial hakimlərin və onların köməkçiləri adlarından ibarət olan siyahını dərc etdirmişdi. Yekun siyahı 14 yanvar 2014-cü ildə dərc edilmişdi. KonfederasiyaBaş hakimlərYan xətt hakimləriKöməkçilərAFC Ravşan İmratov Abdulhamidullo Rasulov Bahadyr Kochkarov Əlirza Faqhani Həsən Kamranifar Yuiti Nisimura Toru Saqara Toşiyuki Naqara Abdulla Şukrulla Yaser Tulafat Ebrahim Saleh Benjamin Uilymas Matteu Kream Hakan AnazCAF Numandez Due Songuifolo Yeo Jan-Klod Birumuşahu Nenat Alioum Cibril Kamara Aden Marva Daniel Bennett Bakari Papa Qassana Evarist Mankouande Felicien Kabanda Camel Aymudi Abelhalk Redouane AchikCONCACAF Xoel Antonio Aqilyar Çikas Villiam Torres Juan Xuymba Roberto Moreno Erik Boria Valter Lopez Leonel Leal Mark Qeyqer Mark Hurd Joe Fletçer Marko Antonio Rodriges Moreno Marvin Terrentera Markos QuinteroCONMEBOL Nestor Pitana Hernan Maldana Juan Pablo Belatti Viktor Hüqo Karrilo Rodney Aquino Sandro Meyra Rissi Emerson de Karvalyo Marselo Van Qasse Enrike Osses Karlos Astroza Serjio Roman Vilmar Roldan Humberto Klavijo Eduardo Diaz Karlos Vera Kristian Leskano Byron RomeroOFC Piter О’Liri Jan Hendrik Hintz Mark Rule Norbert HauataUEFA Feliks Brix Stefan Lupp Mark Borş Svein Oddvar Moen Kim Haqlund Cüneyt Çakır Bahattin Duran Tarik Ongün Yunas Eriksson Matias Klasenius Daniel Vernmark Born Kuypers Sander van Roekel Ervin Zeinstra Milorad Majiç Milovan Ristiç Dalibor Curceviç Pedru Proensa Bertino Miranda Tiaqo Triqo Nikola Ritsoli Renato Faverani Andrea Stefani Karlos Velasko Karbalyo Roberto Alonso Fernandes Juan Karlos Yuste Jimenez Hovard Uebb Mike Mullarkey Darren Kann