Nuri Səid (; ) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur.
Həyatı Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür.
Mənbə İstinadlar
Ədəbiyyat Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East. Palgrave Macmillan, 2012, Simons, Geoff: Iraq: From Sumer to Saddam, Palgrave Macmillan, 2004 (3rd edition), Tripp, Charles: A History of Iraq, Cambridge University Press, 2002,
Xarici keçidlər
Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İraq baş nazirləri Kateqoriya:Ərəb milliyyətçiliyi Kateqoriya:Ərəb üsyanı Kateqoriya:XX əsrdə edam olunanlar Kateqoriya:Antikommunistlər Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Asiyada etnik təmizləmə Kateqoriya:Osmanlı siyasətçiləri