Kürdüstan Demokrat Partiyası (; پارتی دیموکراتی کوردستان; KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya.

Tarixi Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.

KDP-də Bərzani tayfası üstünlük təşkil edir və kürd milliyətçisi böyük çadır partiyası kimi təsvir olunur.

Mənbə İstinadlar

Ədəbiyyat David McDowall. A modern history of the Kurds. London: I.B. Tauris, 2007. ISBN 9781850434160

Kateqoriya:Kürd milliyyətçiliyi Kateqoriya:İraq siyasi partiyaları Kateqoriya:1946-cı ildə yarananlar Kateqoriya:İraq Kürdüstanı Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Separatizm Kateqoriya:Milli mühafizəkar partiyalar Kateqoriya:Milli azadlıq hərəkatı