Məryəm Şeyxəlizadəxangah () — Azərbaycanı təmsil edən üzgüçü.
Karyerası Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub.
Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu.
Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub.
Şeyxəlizadəxangah 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın üzgüçüləri Kateqoriya:Azərbaycanın olimpiya üzgüçüləri Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları