Falih Rıfkı Atay Təbiət Parkı () ― Türkiyənin İstanbul ilinin Sarıyer ilçəsində yerləşən təbiət parkı.
Sarıyerin Bahçeköy məhəlləsindən 7 km şimal-qərbdə və Neşet Suyu Təbiət Parkının yanında yerləşən Falih Rıfkı Atay Təbiət Parkı 16,33 hektar ərazini əhatə edir. Park 2011-ci ildə yaradılmışdır və Belqrad meşəsi daxilində yerləşən doqquz parkdan biridir. Qorunan ərazi jurnalist, yazıçı və siyasətçi Falih Rıfkı Atayın (1894-1971) şərəfinə adlandırılmışdır.
Osmanlı sultanı Qanuni Sultan Süleyman (1520–1566-cı illər) tərəfindən Belqrad mühasirəsində hərbi əsir olaraq götürülmüş serblər İstanbula gətirildi və əvvəllər park sərhədləri daxilində olan kənddə yerləşdirildilər. Təbiət parkında 1999-cu ilin noyabrında mədəni irs olaraq qeydiyyata alınmış qorunan tarixi tikili statuslu kilsənin dağıntıları var.
Təbiət parkı ziyarətçilər üçün gündəlik olaraq gəzinti, velosiped və piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə uşaqlar üçün oyun meydançaları var. Parkda həmçinin, açıq hava restoranı fəlaiyyət göstərir. Ziyarətçilər və nəqliyyat vasitələri üçün giriş ödənişlidir.
Ekosistem Təbiət parkı zəngin flora və faunaya malikdir.thumb| Təbiət parkındakı kilsə xarabalıqlarıFlora
Park müxtəlif bitki növləri üçün yaşayış yeridir. Bölgədəki əsas ağaclar yay palıdı ( Quercus robur) və Carpinus betulus-dur. Digər enliyarpaqlı ağaclara qayalıq palıdı,Quercus vulcanica, kol bitkilərinə isə Rubus plicatus, tikanlı bigəvər (), Erica arborea və nəcib dəfnə ( Laurus nobilis) daxildir. Parkda tüklü cökə () və şərq fıstığı (Fagus orientalis) kimi nadir növlər də mövcuddur. Smilax excelsa, Aubrieta cultorum, yabanı çiyələk (Fragaria) və pişiknanəsi (Nepeta cataria) təbiət parkında tapılan çiçəkli bitkilərdəndir.
Fauna thumb| Belqrad meşəsindəki Bahçeköy maral ferması. Təbiət parkında əsasən müşahidə olunan heyvanlar oxlu kirpi, sincab, tısbağa, qarğa, ağacdələn və sərçələrdir. Təbiət parkının qarşısında maral ferması () var.
İstinadlar
Kateqoriya:2011-ci ildə Türkiyədə yarananlar Kateqoriya:2011-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları Kateqoriya:Kateqoriya BTMİ V