Osmanlı-məmlük müharibəsi (1516–1517) (, ) — Osmanlı imperiyası ilə Məmlük sultanlığı arasındakı ikinci müharibə. Osmanlılarla Məmlüklər arasındakı qarşıdurmaya, hər iki dövlətin iddia etdiyi Kiçik Asiyadakı mübahisəli ərazilər səbəb oldu. Həmçinin hər iki tərəfin Hindistandan və Uzaq Şərqdən gələn ticarət yoluna nəzarəti ələ keçirmək üstündə də maraqları toqquşurdu. Şərti olaraq Ədviyyat yolu adlanan ticarət yolunun üzərində Qırmızı dəniz və Ərəbistan dənizi limanları və Aralıq dənizinin şərq sahillərinin limanları kimi strateji məntəqələr daxil idi. Bütün bu strateji məntəqələrə məmlüklər nəzarət edirdilər. Osmanlı dövləti böyük gəlir verən bu ticarət yolunu da ələ keçirməyə çalışırdı.

İlk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə Məmlük Sultanlığının faktiki qələbəsi sona çatdı. Lakin müharibənin strateji nəticəsi tamam fərqli oldu. Müharibə Yaxın Şərqdə təsir dairələrinin bölünməsi və status-kvo ilə yekunlaşdı. Sülh müqaviləsi imzalansa belə, hər iki dövlət bölgədəki təsir dairələrini davam etdirməkdə israrlı idilər. Bu səbəbdən Osmanlı-Məmlük siyasi münaqişəsinin davamı gözlənilirdi. Təsir dairələrinin bölüşdürülməsinə baxmayaraq, Kiçik Asiyada olan həm Ramazanoğulları bəyliyi, həm də Dulqədiroğulları bəyliyinin hökmdarları hər iki tərəfdən davamlı təzyiq altında idilər. XVI əsrin əvvəllərində bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvədə peyda oldu — Səfəvi şahı I İsmayıl.

Çaldıran döyüşü ilə şərqdəki ən güclü rəqibini məğlub edən Sultan Səlimin şərqi və cənub-şərqi Anadolunu zəbt etmək istəyi, həmin bölgədəki mühüm şəhərlərə sahib olan Məmlük sultanı Qansu Qavrini narahat etməyə başlamışdı. II Bəyazid dönəmində baş tutan toqquşmalar, Dulqədiroğulları bəyliyi məsələsi və Hicaz bölgəsinin idarəsi uğrunda gedən mübarizə iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi.Hoca Sâdeddin, Tâcü’t-tevârîh, İstanbul 1280, II, 324–336Hammer (Atâ Bey), IV, 193–195 Bölgəni nəzarətə almağa çalışan Osmanlı Sultanı I Səlim Dulqədiroğulları bəyliyini tutduqdan sonra Məmlük dövlətinə qarşı müharibəyə başladı. O, bu müharibəni müqəddəs müharibə adlandırdı. Əsasən soyuq silahlara mailk və top ilə tüfəngdən istifadəni şəxsi qürrurlarına sığışdırmayan məmlüklər müasir silahlara qarşı gücsüz oldular. Məmlüklər arası daxili ixtilaflar və xəyanət onların məğlubiyyətinə səbəb oldu. Mərcidabık, Beysan, Ridaniyə və Qahirə döyüşlərində məğlub olan məmlüklər osmanlılara müharibəni uduzdular.

Müharibənin sonu olaraq Misirdə 350 il, Suriya, Fələstin, Livanda 400 il davam edən Osmanlı ağalığı davam etdi.

Müharibənin nəticəsi olaraq isə Məmlük sultanlığının süqutu və torpaqlarının Osmanlı imperiyasına birləşdirilməsi ilə bitdi. Misir Osmanlı dövlətinin əsas vilayətlərindən biri oldu. Osmanlı imperiyasının xəzinəsinin böyük hissəsi Misirdən gələn gəlirlər hesabına formalaşırdı. Həmçinin, Misir Osmanlının Afrika qitəsi, Qırmızı dəniz və Hind okeanının şərq sahillərinə nəzarət etməsi üçün əsas dayaq nöqtəsinə çevrildi. 1798-ci ilə qədər Misir Fransanın Misirə hücumuna qədər Osmanlı imperiyasının tam nəzarəti altında qaldı. Bu yürüşdən qısa müddət sonra Misir faktiki daxili müstəqillik əldə etdi. 1867-ci ildən yaradılan Misir xidivliyi faktiki müstəqil dövlət sayılırdı. 1882-ci ildə baş vermiş İngilis-Misir xidivliyi müharibəsi ilə Misir təmamilə Osmanlı dövlətinin nəzarətindən çıxaraq, Britaniya imperiyasının təsir dairəsinə daxil oldu.

Hicazın ələ keçirilməsi ilə Osmanlı sultanları iki müqəddəs məkanın Məkkə və Mədinənin də sahibinə çevrildilər. Bu iki şəhərin sahibi olan Osmanlı sultanları xəlifə titulunu qəbul etdilər və 1923-cü ilə qədər Türkiyə Cümhuriyyəti qurulana qədər bu titulu daşıdılar.

Misir bəylərbəyi əvvəlcə I Səlimin Xeyr bəylə əvəz etdiyi Devşirmə Yunus Paşa təyin edildi. Lakin sonra Yunus Paşa rüşvətxorluqda günahlandırıldı və Misir-Suriya sərhədində edam edildi.

Bağdad şəhəri Hülakü xan tərəfindən tutulduqdan sonra İslam xəlifələri sayılan Abbasilər sülaləsi nümayəndələri məmlüklərin yanında sığınacaq tapmışdılar. İslam dünyasının xəlifələrinin sonuncusu III Xəlifə Əl-Mütəvəkkil Misirdə ələ keçirildikdən sonra İstanbula gətirildi. Burada o, əvvəlcə I Səlimin şəxsi məhbusu oldu. Lakin bundan sonra Xəlifə vəzifəsini I Səlimin varisi Qanuni I Süleymana verdi. Beləliklə ali hakimiyyətlə yanaşı dini hakimiyyət də Osmanlı sultanlarına keçdi.

Mənbələr 250px|thumb|right|Venesiya agenti Marino Sanudonun "gündəliyindən" əl ilə yazılmış səhifə. Osmanlıların Misiri fəth etməsini təsvir edən ən yaxşı mənbə Qahirəli və hadisələrin çağdaşı olan Məhəmməd ibn İyasın salnaməsidir. Siyasi hadisələrlə yaxından tanış idi və şahidi olduqlarını hər şeyi dürüst, dəqiq və ədalətlə təsvir edirdi. Başqa bir Misirli İbn Zünbul tarixçi deyil, daha çox yazıçı idi, lakin onun yazdıqları Məmlük fikrinin ifadəsi kimi vacibdir. Dəməşqdən olan Məhəmməd İbn Tulun da fəthin şahidi idi, onun salnaməsi İbn İyasın hekayəsini tamamlayır. Misirin Osmanlılar tərəfindən fəth edilməsinə dair eyni keyfiyyətdə Osmanlı mənbələri yoxdur. O dövrdə hələ Osmanlılarda bənzər ərəb tarixşünaslıq ənənəsi inkişaf etdirilməmişdi. Aşıqpaşazadənin salnaməsində 1501-ci ilə qədərki dövrü əhatə olunur. O, yalnız Osmanlı və Məmlüklərin qarşıdurmasını, mənşəyini və səbəblərini təsvir edir. Aşıqpaşazadənin yaradıcılığının mənfi cəhətləri tez-tez əfsanələrə əsaslanan yanaşmasıdır. Xoca Sadəttin Əfəndi isə hadisələrin şahid deyildi. O, Osmanlıların rəsmi tarixində Misir kampaniyasının iştirakçısı olan atasının hekayələri əsasında müharibəni təsvir etmişdir.

I Səlimin ordusu ilə Misirə gələn və orada qazı kimi qalan Əbdül-Amad əl-Diyarbəkrinin də bir Osmanlı salnaməsi mövcuddur. Lakin onun əsəri İbn İyasın əsərinin Osmanlı dilinə uyğunlaşdırılmış tərcüməsidir. Bu əsərin dəyəri hadisələrə Osmanlı mövqeyindən baxmağıdır. Nişançı Firudin Əhməd bəyin "Munşeat-as Salatin" əsəri sultanların rəsmi yazışmalar toplusudur. Burada təşviqat jurnalları və fatihnamələr (qələbələri elan edən rəsmi məktublar) əksini tapmışdır. Bu da çox vacib tarixi mənbədir.

İki yəhudi salnaməsi də var: biri Rabbi Eliyahu Kapsali (1483–1555) tərəfindən 1523-cü ildə Krit adasında, ikincisi isə 150 ​​il sonra Misirdə Yozef ben Yitzhak Sambari tərəfindən yazılmışdır.

Avropa mənbələrindəki müasir hadisələrdən ən başlıcası, Venesiya agentlərinin yazdıqları hesabat və məktubları toplayan Marino Sanudonun "gündəlikləri"dir.

Münaqişənin tarixi 250px|thumb|left|Osmanlı–Məmlük münaqişəsinin əsas səbəblərindən biri olan Şərqi Kiçik Asiyanın inzibati bölgüsü. XV əsrdə güclənən Osmanlı imperiyası, demək olar ki, bütün Anadolu üzərində nəzarəti əldə etdi. Fərat bölgəsində və Çukurov düzənliyində Osmanlı sultanlarının maraqları məmlüklərin mənafeləri ilə toqquşdu. Hər iki sultanlıq bufer ərazilərə — Ramazanoğulları bəyliyi və Dulqədiroğulları bəyliyininə nəzarəti əldə etməyə çalışdı. 1468–1473-cü illərdə Məmlük sultanı Kait-bəy Osmanlı sultanı II Mehmedin dəstəklədiyi Şahsuvar bəy Zülqədər ilə müharibə apardı. Şahsuvar bəy Zülqədərin laqeydliyi və təkəbbürü onu Osmanlı dəstəyindən məhrum etdi və Dulqədiroğulları bəyi məğlub oldu. O, məmlüklər tərəfindən tutuldu və edam edildi. İki dövlət arasındakı növbəti böyük qarşıdurma, taxt-taca iddia edən II Mehmedin oğlu Cem Sultanın Misirdə sığınacaq tapması səbəbindən yarandı. Cem Sultan ailəsi ilə birlikdə Qahirə şəhərinə, oradan isə Hicaza getmişdir. Qeyd edək ki Cem Sultan Həcc ziyarətinə getmiş yeganə Osmanlı şahzadəsidir. Sonra Kait-beyin köməyi ilə, mülklərindən qovulan Qaramanlılarla birlikdə, Jem qardaşı II Bəyazidə müqavimət göstərməyə çalışdı. Cem Sultan məmlüklərdən dəstək alması səbəbindən 27 may, 1482-ci ildə Konya şəhərinin üzərinə hücum etdi. Yalnız II Bəyazidin yaxınlaşmasından sonra Ankaraya doğru geri çəkildi. Buradan yenidən Misirə qayıtmaq istəsə də, yolların bağlanması səbəbindən bu mümkün olmadı.

1485-ci ildən başlayaraq, Kait-bey Çukurova düzünün fəthi uğrunda II Bəyazidlə döyüşdü. Lakin ilk Osmanlı-məmlük müharibəsi 1491-ci ildə təsir dairələrinin bölünməsi ilə sona çatdı. II Bəyazid təcavüzkar xarici siyasət yürütmürdü və hakimiyyətinin sonuna qədər iki imperiya arasında sülh mövcud idi. Hətta Məmlük sultanı Qansu Qavrinin Portuqaliya ilə qarşıdurması olanda Bəyazid ona kömək belə etdi.

1512-ci ildə hakimiyyətə gələn II Bəyazidin oğlu I Səlim atasından fərli olaraq müharibələrdən çəkinmirdi. Üstəlik bölgə üzərində nəzarəti ələ almağa çalışan üçüncü bir qüvvə Səfəvi şahı I İsmayıl da meydana atılmışdı. 1514-cü ildə I Səlim şaha qarşı yürüş təşkil etdi və Bəylik hökmdarlarına bu yürüşə qoşulmaq üçün bir tələb göndərdi. Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəy bu çağrışa qoşulmadı. Bozqurd bəy Çaldıran döyüşünə gəlmədi. O, çox qoca 90 yaşında olmasını bəhanə gətirdi. Əslində I Şah İsmayılla döyüşməkdən yorulan Əlaüddövlə bəy Səfəvi şahı ilə sülhü pozmaq istəmirdi. Əlaüddövlə bəy Yavuzun yanında olan qardaşı Şahsuvar bəyin oğlu Əli bəyin osmanlılar tərəfindən dəstəklənməsini xoş qarşılamırdı. Bu üzdən Çaldıran savaşına gedən osmanlı ordusunun iaşə yollarını kəsərək, təçhizatlarını yağmalatdırdı.

I Yavuz Sultan Səlim 1514-cü ildə Çaldıran zəfərini qazanınca Dulqədiroğulları bəyliyini ortadan qaldırmaq üçün hərəkətə keçdi. Qeysəri sancaq bəyliyinə gətirilən Şahsuvaroğlu Əli bəyə, Zülqədər torpaqları alındığı təqdirdə ona veriləcəyini bildirdi. 1515-ci ildə Əli bəy və Rumeli bəylərbəyi Sinan Paşa Əlaüddövlə bəyin üstünə göndərildi. 13 iyun 1515-ci ildə Göysun yaxınlarında Durna dağında osmanlılar ilə Dulqədiroğulları arasında baş verən savaşda Əlaüddövlə bəy yenilərek dörd oğlu ilə birlikdə edam edildi. Beləcə Zülqədəroğulları bəyliyi dövrü sona çatmış oldu. Səlim, Əlaüddövlə bəyin məmlüklərlə razılaşdığı üçün ona kömək etməkdən imtina etdiyinə inandığı üçün bəyin, dörd oğlu və vəzirinin kəsilmiş başlarını Qahirəyə Qansu Qavriyə göndərdi. Qansu Qavri Əlaüddövlə bəy və onun oğlanlarının başlarının böyük hörmətlə dəfn edilməsini əmr etdi. I Səlimlə müharibənin qaçılmaz olduğu aydın oldu. Qansu Qavri əsgərlərini, xəlifəni və dörd baş qazını toplayaraq hərbi hazırlıqlara başladı. Qazılara Suriyaya getməyə hazırlaşmaları əmr edildi. Əhali arasında nüfuz qazanmaq qazanmaq üçün Qansu Qavri taxıl və digər mallara tətbiq etdiyi aylıq və həftəlik rüsumları ləğv etdi.

Hazırlıq 250px|thumb|right|Osmanlı sipahi ağır süvariləri, 1550-ci il. Paris, Hərbi muzeyi Məmlük sultanı Qansu Qavri I Sultan Səlimin yeritdiyi siyasəti anlamış, sərhədlərində baş verən çaxnaşmalar səbəbilə bir tərəfdən Şah İsmayılla diplomatik əlaqələr qurur, digər tərəfdən də özünün rəhbərlik etdiyi ordu ilə Dəməşq bölgəsinə gəlmişdi.Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 118–146a.mlf., "Silahşor’un Fetihnâme-i Diyâr-ı Arab Adlı Eseri", TV, I/2 (1958), s. 295–311İbn İyâs, BedâǿiǾu’z-zühûr, V, 35–65

Qara xan Ustaclının Diyarbəkirə gəldiyi xəbərini eşidən I Sultan Səlim sədrəzəmliyə gətirdiyi Sənan Paşanı 28 aprel 1516 tarixində bölgəyə yolladı. Sənan Paşa burada ikən sərhəddəki Məmlük əmirlərinə məktub yollayaraq Fərat çayını keçmək istədiyini bildirdi. Ancaq cavab məktubu gəlmədi və sultan Qansu Qavrinin Şah İsmayılla ittifaq qurduğu başa düşüldü. Ardından Sənan Paşa baş verənlər haqqında I Sultan Səlimə məktub yazmış, 4 iyunda İstanbuldan yola düşən I Səlim isə sədrəzəmə Fərat çayı üzərində körpü tikməyi və sultan ordusunu gözləməyi əmr etdi. Məmlük sultanı Sənan Paşanın bölgəyə gəldiyini öyrəndi və 50 min nəfərlik ordusu ilə vaxtilə üsyan edən Şahzadə Əhmədin Misirə qaçan oğlu Şahzadə Qasımla birlikdə 19 mayda Hələb istiqamətində yola düşdü. I Səlimin sünni dövlət olan Məmlük dövlətini şiə məzhəbli Səfəvilərlə müttəfiqlikdə günahlandırması və bu yöndə dönəmin şeyxülislamı Zənbilli Əli Əfəndidən fətva alması, əslində Misirin və Suriyanın işğal edilməsi üçün bir bəhanə idi."Haydar Çelebi Rûznâmesi" (a.e. içinde), I, 478–480Hasan-ı Rûmlû, Aĥsenü’t-tevârîħ: A Chronicle of the Early Safawis (nşr. ve trc. C. N. Seddon), Baroda 1931, I, 159–161Belâzürî, Fütûh (Fayda), s. 245, 247