Simbirsk Çuvaş müəllimlər məktəbi () — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur.
Tarixi 1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi.
1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcə də Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
1870-ci ildə çar hökuməti "Rusiyada yaşayan xaricilərin təhsili üçün tədbirlər haqqında" xüsusi qaydalar təsdiqlədi. İ.Yakovlevin məktəbinin fəaliyyəti bu qaydalar şərçivəsində nizamlanmağa başlanadı.Свод законов, циркуляров и справочных сведений по народному образованию в переходный период / Сост. В. И. Чарнолуский. — М., 1917. Məktəbin müəllimləri və məzunları bütün Volqaboyu xalqların təhsil və mədəniyyət səviyyəsinin inkişafında fəal iştirak edirdilər.
Məktəbə 1878-1922-ci illərdə rəhbərlik edən İvan Yakovlevin arvadı Yekaterina Alekseyevna Yakovlevanın (qız soyadı Bobrovnikova) (1861-1936) himayədarı və əsas müəllimi olduğu qadın şöbəsi də fəaliyyət göstərirdi.
İvan Yakovlev dindar olduğundan dini qaydalara xüsusi fikir verirdi. Xüsusən pravoslav qayda-qanunlarının məktəbdə tətbiq edilməsi tərəfdarı idi. Bunun üçün məktəbdə provoslav kilsəsi də tikilmişdi. Məbəd əvvəlcə 1884-cü ildə Pravoslav Misionerlər Cəmiyyətinin və xüsusi xeyriyyəçilərin ianələri ilə Xalq Təhsili Nazirliyinin dəstəyi ilə tikilmişdi. 1897-1898-ci illərdə Simbirsk taciri N. Y.Şatrovun hesabına yenidən inşa edildi. Məktəbin əhəmiyyəti Məbədddə Müqəddəs Ruhun Həvarilərin üzərinə enməsini xatırlamaq üçün xüsusi taxt var idi. Kilsənin xidməti bir keşişdən ibarət olmuşdur. Məktəbdə onun qalması üçün ayrıca mənzil ayrılmışdı. Pravoslav Misioner Cəmiyyəti keşişinin aylıq əmək haqqı 600 rubl müəyyən edilmişdir.
Simbirsk Çuvaş məktəbinin məzunları arasında müəllimlər, ruhanilər, ictimai və dövlət xadimləri, xalq təsərrüfatının təşkilatçıları, maarifçilər, ədəbiyyat və incəsənət, elm adamları var idi. Məktəbin məzunları çuvaş xalqının iqtisadiyyatı və mədəniyyətinin inkişafına böyük töhfə vermişdilər.
Simbirsk Çuvaş məktəbi çuvaş milli professional musiqisinin, təsviri sənətinin, ədəbiyyatının və milli mədəniyyətin digər sahələrinin inkişafında mühüm rol oynamışdır.
İvan Yakovlev əsrlər boyu daşınan xalq sənətini çuvaşların ən qiymətli xəzinəsi hesab etmişdir:
1922-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Simbirsk Çuvaş məktəbi, bütün mədəniyyət müəssisələri, torpaq sahələri və təssərrüfatı ilə birlikdə əbədi olaraq istifadə üçün çuvaş xalqına verildi. Bu fərman 1956-cı ildə Ulyanovsk şəhər şurasının qərarı ilə ləğv edildi.
Çuvaşıstan Xalq Təhsili İnstitutu Simbirsk Çuvaş məktəbinin inkişafındakı ən yüksək mərhələ, ali məktəb statusuna sahib Çuvaş Xalq Təhsili İnstitutu (Çuvino) kimi fəaliyyət göstərdiyi zaman 1920-1923-cü illər hesab edilə bilər.Образование. Просвещение // Сайт «Культурное наследие Чувашии». Eyni zamanda, institutda Çuvaş kənd təsərrüfatı texnikumu da yerləşmişdi. Moskvadan xüsusi dəvət olunmuş İvan Yakovlevin oğlu, professor Aleksey İvanoviç Yakovlev onların təşkilində və işlərində fəal iştirak etdi.Александров Г. А. ЧУВАШСКИЙ ИНСТИТУТ НАРОДНОГО ОБРАЗОВАНИЯ // Статья в Электронной чувашской энциклопедии. İnstitutun rektorlar yerli Simbirsk rəhbərliyinin təyin etdiyi əvvəlcə G.S.Savandeyev,Фёдоров Ф. Ф. Савандеев Георгий Степанович — Статья из электронной Чувашской энциклопедии sonra isə İ.K.Vasilkov olmuşdur.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 9 fevral 1922-ci il tarixli fərmanı əsasında Simbirsk Çuvaş İnstitutu və Kənd Təsərrüfatı Texnikumu bütün əmlakları ilə birlikdə Çuvaş Muxtar Vilayətinin İcraiyyə Komitəsinin tabeliyinə verildi. Çuvaş Muxtar Vilayətinin İcraiyyə Komitəsinin nümayəndəsi İ.N.Yaştaikin bu təhsil müəssisəsinin rektoru təyin edildi.Деятельность А. И. Яковлева в Симбирском чувашском институте народного образования (1920—1922 гг.) // Сайт Чувашского государственного исторического архива.
İ.Yaştaikin A.İ.Yakovlevi və onunla əlaqəli bütün şəxsləri işdən çıxardı. Aleksey İvanoviç Yakovlev Moskvaya qayıtmaq məcburiyyətində qaldı. Onunla birlikdə valideynləri - İvan Yakovlev və Yekaterina Yakovleva getdi. Beləliklə, bu məktəbin 54 il davam edən Yakovlev dövrü başa çatdı.
Çuvaşıstan Xalq Təhsili İnstitutuna (Çuprino) çevrilmiş Çuvaş Xalq Təhsili İnstitutunda Nikolay Aşmarin, T.F.Timofeyev (Тимухха Хĕвĕтерĕ) kimi şəxslər çalışmışdılar. Lakin bu layihənin daha da inkişaf etdirilməsi nəzərdə tutulmamışdır. Simbirsk müəllim məktəbi daha sonra fərqli bir yolla davam etdi.
Məktəbin məzunları Məktəbin məşhur məzunları aşağıdakılardır: Şair və yazıçılar: K.V İvanov, İ.İ.İvanov, İ.N.Yurkin, G.İ.Komissarov, T.S.Semenov-Tair (Tayar Timkki), A.V.Knyaqina, N.V.Şubossinni, Arkadi Aris, Nikolay Yut, M.D.Trubina, S.M.Laşman, N.K.Patman, F.P.Pavlov, İ.S.Maksimov- Koşkinski; Bəstəkarlar: F.P.Pavlov, S.M.Maksimov, G.G.Liskov, V.P.Pazuxin; Müəllimlər: P.O.Afanasyev, N.M.Oxotnikov, P.M.Mironov, M.P.Petrov, Timuxha Xvetĕrĕ; İctimai və siyasi xadimlər: M.P.Petrov-Tinekhpi, V.A.Anisimov, A.V.Rekeyev, İ.S.Kosmovski, T.S.Krivov, D.S.Elmen; Hərbçilər: F.N.Jabrev, N.V.Sokolov; Oxşar təhsil müəssisələri Qori müəllimlər seminariyası (1876-1918) Kazan müəllimlər seminariyası (1872-1918).Александров Г. А. Казанская учительская семинария) // Статья в Электронной чувашской энциклопедии. Kazan Mərkəzi Vəftiz Tatar Məktəbi (1863-1930).Ильминский Н. И. Казанская центральная крещено-татарская школа, Казань, 1887 Unjinskaya mərkəzi Çeremis məktəbi.История Моркинского района // Официальный сайт Моркинского района.. Karlıqan Mərkəzi Udmurt Məktəbi.История образовательного учреждения // МБОУ «Карлыганская СОШ».
Xatirəsi 2006-cı ildə Rusiyanın Rabitə Nazirliyi “Ulyanovsk. Simbirsk Çuvaş Müəllimlər Məktəbinin Kompleksi" adlı xatirə poçt markası buraxmışdır.
Məktəb binası Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irsinin obyekti statusuna malikdir. Hazırda Ulyanovsk şəhərində Simbirsk Çuvaş müəllimlər məktəbinin binasında Konstantin İvanov muzeyi yerləşir.
Gallery
İstinadlar
Ədəbiyyat
Яковлев И. Я. Война и чувашская школа в Симбирске. Симбирск : типо-лит. Губ.правл., 1915. — 30 с Петров М. П. Симбирская чувашская учительская школа и И. Я. Яковлев. — Чебоксары, 1928. Андреева З. А. Иван Яковлевич Яковлев и Симбирская чувашская школа. — Чебоксары, 1949. — 144 с. Яковлев И. Я. Симбирская учительская школа и ее роль в просвещении чуваш / Под ред. М. Я. Сироткина; Науч.-исслед. ин-т языка, литературы, истории и экономики при Сов. Мин. Чуваш. АССР. Чебоксары :Чувашгосиздат, 1959. — 144 с Муромцев Н. В. Симбирская чувашская учительская школа : (к 100-летию осн.перв. чуваш. пед. учеб. заведения и 120-летию его основателя — И. Я. Яковлева) / М-во высш. и сред. спец. образования РСФСР; Чуваш. гос. ун-т им. И. Н. Ульянова; Науч.-исслед. ин-т при Совете Министров Чуваш. АССР. — Чебоксары, 1968. — 44 с. Иван Яковлевич Яковлев и его школа : Итоги юбил. науч. сессии, посвященной 120-летию со дня рождения И. Я. Яковлева и 100-летию Симбирской чувашской учительской школы : Сборник статей. — Чебоксары : Чувашкнигоиздат, 1971. — 303 с. Яковлев И. Я. симбирская центральная чувашская школа : материалы научн. конф. — Чебоксары, 1997. — 58 с Краснов Н. Г. Иван Яковлев и его потомки : посвящ. 150-летию со дня рождения чувашского педагога-просветителя. — Чебоксары : Чуваш. кн. изд-во, 1998. 353 c. Димитриев В. Д. Просветитель чувашского народа И. Я. Яковлев : сборник статей. — Чебоксары : Изд-во ЧГУ, 2002. — 140 с. Музейный комплекс «Симбирская Чувашская школа. Квартира И. Я. Яковлева» : путеводитель / Гос. ист.-мемориал. заповедник «Родина В. И. Ленина». Ульяновск : Корпорация технологий продвижения, 2003. — 22 с Гаранина Т. С., Николаева И. В. Роль И. Я. Яковлева в становлении Симбирской чувашской учительской школы // Научно-информационный вестник докторантов, аспирантов, студентов. — 2005. — № 1, т. 2. — С. 27-29. Ефимов А. Л., Сергеев Т. С. И. Я. Яковлев и И. Н. Ульянов — организаторы женского педагогического образования в Симбирской чувашской школе // Наука и школа. — 2011. — № 3. — С. 147—149
Xarici keçidlər Музей «Симбирская чувашская школа. Квартира И. Я. Яковлева» Музей «Симбирская чувашская школа. Квартира И. Я. Яковлева» Симбирская чувашская школа — центр подготовки творческой интеллигенции Яковлев Иван Яковлевич. Опубликованные труды Победы и беды Симбирской чувашской школы ЧУВАШСКИЙ ИНСТИТУТ НАРОДНОГО ОБРАЗОВАНИЯ УЛЬЯНОВСКОЕ ЧУВАШСКОЕ ПЕДАГОГИЧЕСКОЕ УЧИЛИЩЕ им. И.Я. ЯКОВЛЕВА
Kateqoriya:Pedaqogika tədris ocağları Kateqoriya:1868-ci ildə yarananlar Kateqoriya:Çuvaşıstan