Pyotr Petroviç Xuzanqay (Ку псевдоним Петĕр Хусанкай çyралса ÿснĕ Сиктĕрме ялĕ Сувар хулашĕнчен тата хальхи Сувар (Кузнечиха) ялĕнчен аякрах мар вырнaçнипе çыхăннă, 22 yanvar 1907-ci il, Sikterme kəndi, Kazan quberniyası (Tatarıstanın hazırkı Əlki rayonu) — 4 mart 1970-ci il, Çeboksarı) — Çuvaş, SSRİ şairi, Çuvaşıstanın xalq şairi (1950).
Həyatı Pyotr Xuzanqay 1907-ci ildə sadə kəndli ailəsində anadan olmuşdur. İkinci dərəcəli kənd məktəbini bitirmişdir. Ardınca Xuzanqay Çuvaşıstan Pedaqoji Kollecində və Kazandakı Şərq Pedaqoji İnstitutunda təhsil almışdır. 1957-ci ildə o, SSRİ Yazıçılar İttifaqı Ali Ədəbiyyat Kurslarını bitirmişdir.
Xuzanqay "Suntal" jurnalının redaktor katibi, tərcüməçi və ədəbi məsləhətçi, mərkəzi Çuvaş qəzeti "Kommunar"ın (Moskva) səyyar müxbiri vəzifələrində çalışmışdır. Pyotr Xuzanqay yaradıcılığını geniş ictimai və dövlət fəaliyyətləri ilə birləşdirirdi. RSFSR Ali Sovetinin, Çuvaşıstan ASSR Ali Sovetinin deputatı olmuşdur. Xuzanqay Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikası Yazıçılar Birliyi idarə heyətinin sədri vəzifəsində çalışıb. O, RSFSR və SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü idi.
Böyük Vətən müharibəsi illərində sıravi əsgər və bölmə qəzetlərinin əməkdaşı kimi cəbhədə xidmətdə olmuşdur. Pyotr Xuzanqay cəbhədə ağır yaralanmışdır.
Yaradıcılığı Müasir Çuvaş poeziyasının böyüməsi və çiçəklənməsi Pyotr Xuzanqayın adı ilə əlaqələndirilir. Ədəbiyyatı doğma xalqının keçmişinə, bu gününə və gələcəyinə dair dərin düşüncələrlə dolu çoxsaylı əsərlərlə zənginləşdirmişdir. P. Xuzanqayın "Tavan çörşiv" ("Vətən"), "Tanya" şeirləri, "Aptraman tavrash" ("Aptraman qəbiləsi") şeirləri və romanı çuvaş uşaqlarına yaxşı məlumdur.
Pyotr Xuzanqay aktiv tərcümə işi ilə də məşğul olmuşdur. Belə ki, o, rus və xarici klassiklərin bir çox əsərinin çuvaş dilinə tərcümələrini etmişdir. Çuvaş oxucuları Aleksandr Puşkin, Mixail Lermontov, Maksim Qorki, Vladimir Mayakovski, Vilyam Şekspir, Taras Şevçenko və digərlərinin əsərlərini Xuzanqayın tərcüməsi sayəsində tanıyırlar. O, həmçinin Konstantin İvanov və Mişşi Sespel də daxil olmaqla çuvaş şairlərinin əsərlərini rus dilinə tərcümə etmişdir.
P. Xuzanqay Çuvaş yazıçılarının yaradıcılığına həsr olunmuş ədəbi-tənqidi əsərlərin müəllifi kimi də tanınır. Xuzanqayın şeir dairəsi çox genişdir. Rusiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Bolqarıstan, Kuba, Çexoslovakiya, Polşa haqqında şeirlər onun yaradıcılığında əhəmiyyətli yer tutur.
Tənqid və ona həsr olunmuş əsərlər Pyotr Xuzanqayın "Tavan çěrshıv" ("Vətən"), "Tanya" şeirləri (Zoya Kosmodemyanskaya haqqında, 1942, İosif Stalinə həsr edilən bütün istinadların silinməsi ilə əlaqəli 1956-cı ildən sonra düzəliş edilərək yenidən çap edilmişdir) "Aptraman Tövrəş" ("Aptraman qəbiləsi") və "Tillinin mahnıları" şeirləri müharibə mövzusuna həsr edilmişdir.
Gennadi Şanar ğzünün diplom işini Çuvaşiyanın xalq şairi Pyotr Xuzanqayın yaradıcılıq fəaliyyətinin öyrənilməsinə həsr etmişdir. Əsər "Çuvaş ədəbi klassikləri və varisləri" adlanır.
Ailəsi Həyat yoldaşı — Kuzmina Vera Kuzminiçna, (1923), SSRİ Xalq artisti Oğlu — Atner Xuzanqay (1948). çuvaş filoloqu, ədəbiyyat tənqidçisi, publisist, çuvaş milli hərəkatının nümayəndəsiОтдел языкознания ГНУ "Чувашский государственный институт гуманитарных наук" Qızı — Salambi Xuzanqay Sankt Peterburqda yaşayır.
İstinadlar
Xarici keçidlər Хузангай, Пётр Петрович — Литературная энциклопедия Халăхăн мухтавлă ывăлĕ Чăваш халăх поэчĕ Петĕр Хусанкай çyралнăранпа 100 çyл çитнĕ май Александр Степанов шкул ачин сочинени. Хусанкай Пётр Петрович — Литература энциклопедийĕ Атнерпе амӑшне Тутарстанра хапӑл пулнӑ Хусанкая чăн чăвашла чыслама мăшăрĕпе ывăлĕ хутшăннă
Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:"Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Çuvaş şairlər Kateqoriya:Rusiya şairləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Çuvaşıstan MSSR Ali Sovetinin deputatları Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya aktivistləri