Brovarski Zaqatalanın Simurq klubunun baş məşqçisi Roman Pokoranın "Karpatı"da uzun müddət komanda yoldaşı və kapitanı olub. O, 1969-cu ildə, 20 yaşında ikən Lvov təmsilçisinin kapitanı kimi SSRİ kubokunu başı üzərinə qaldırıb. Pokora da həmin vaxt "Karpatı"nın heyətində yer alsa da, qələbə qazandıqları final oyununda ehtiyatda qalıb.
Lev Brovarski bu komandada oyun sayına görə (412) rekordçudur. Lvov futbolunun tarixində ən yaxşı futbolçu sayılan Brovarski SSRİ yığmasında da çıxış edib. O, 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində 1/4 finala çıxan Kamerun yığmasının baş məşqçisi Valeri Nepomnyaşının köməkçisi olub. Brovarski SSRİ-nin əməkdar idman ustası, Ukraynanın əməkdar məşqçisi adını daşıyıb.
Qeyd edək ki, "Karpatı" ötən 2008-ci ilin noyabrında Brovarskinin 60 illik yubileyində geydiyi 6 nömrəli formanı əbədiləşdirib. O, həmin vaxt Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə dövlət mükafatına layiq görülüb.
Ukraynanın "Karpatı" klubunun sabiq məşqçisi Lev Brovarski 2009-cu ildə vəfat edib. Ukraynalı mütəxəssis uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasının dəyişib.
İstinadlar
Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Karpati Lvov FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri