Dabbe 6 — rejissoru və ssenaristi Həsən Qaracadağ olan 2015-ci il türk qorxu filmi.
Hekayə Mükəddər Yaman bir gecə anidən ölür. Tibbi ekspertizanın rəyinə görə, ölümün səbəbi beyin qanamasıdır. Öldüyü zaman anasının yanında olan Ayla isə hadisənin bir qətl olduğunu iddia edir. Onun fikrincə, qatillər fərqli bir aləmdən olan varlıqlardır. Bacısının bu ağlasığmaz iddialarını psixoloji travma ilə əlaqələndirən həkim Zərən nevroloq dostlarından kömək istəyir. Lakin müayinələr heç bir nəticə vermir. Ayla gün keçdikcə daha qəribə davranmağa başlayır. Heç kimin bilmədiyi isə bütün bu hadisələrin arxasında cuhenna cin qəbiləsinin olduğudur.
Aktyorlar və rollar
Murat Seviş — Cəfər Nilay Gök — Ayla Səma Şimşək — Zərən Elçin Atamgüc — Atye Volkan Ünal — Hakan Aybikə Turan — Firdevs Taheri Fəhmi Qaraarslan — Cəlal Ömər Duran — Rəcəb Burak Çimen Funda Eskioğlu
Xarici keçidlər
IMDb-də "Dabbe 6"
İstinadlar
Kateqoriya:Qorxu filmləri Kateqoriya:Türkiyənin qorxu filmləri Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:2010-cu illərin qorxu filmləri Kateqoriya:Türkiyə filmləri Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Cin filmləri