Mirzə Abbas bəy Əlipənahbəyov-məmur, maarifpərvər

Həyatı Abbas bəy Kərbəlayı Çıraq bəy oğlu 1823-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Abbas bəy Şuşa qəza idarəsində tərcüməçi işləmişdi. O, maarifpərvər bir şəxsiyyət idi. Məktəblərin açılmasında, xeyriyyəçilik işlərində əməyi olmuşdu.

Mirzə Abbas bəy Əlipənahbəyov kollej katibi mülkü çini daşıyırdı.

Ailəsi Mirzə Abbas bəy Əzət xanımla ailə qurmuşdu. Əbdülkərim bəy, Rüstəm bəy, Ağa bəy adlı oğulları, Mina xanım, Sona xanım, Ziba xanım, Münəvvər xanım adlı qızları vardı.

Mənbə '''Ənvər Çingizoğlu, Əlipənahbəyovlar, "Soy" dərgisi, 2 (22), 2009. səh.18–24.

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1823-cü ildə doğulanlar