Əsəd Cahangir (Əsədov Əsəd Cahangir oğlu; ) — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi və publisist; Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Əsədov Əsəd Cahangir oğlu 25 iyun 1966-cı ildə anadan olub.

"Azərbaycan" jurnalında tənqid və publisistika şöbəsinə rəhbərlik edib və 2014-cü ildən həmin jurnalın baş redaktorunun müavini vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin edilib.

Fəaliyyəti Yazıçılar haqqında tənqidi və publisistik məqalələr yazır, ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərir.

Əsərləri Qədim türk ədəbiyyatının linqvistik poetikası. Bakı: Elm, 2001 Ağ saç, qara saç. Bakı: Nurlan, 2006 "Kim yatmış, kim oyaq?". Bakı: Yazıçı, 2012. On üçüncü gecə. Bakı: Təhsil, 2016. Dionisin şərəfinə. Bakı: Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021.

Tərcümələri "Nəğməli sətirlər" "Erməni soyqırımı": mif və gerçəklik. (rus dilindən tərc. ed. Ə. Cahangir). Bakı: Adiloğlu, 2012.

Təltifləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatına layiq görülmüşdür.

2013-cü ildə "Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat"a layiq görülüb.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:"Qızıl Kəlmə" mükafatı laureatları