Ford GT ― 1960-cı illərdə le mans yarışlarında qalib gəlmək üçün Ford Motor Company tərəfindən istehsal olunan, 1966-1969-cu illər arasında Le Mans 24 Saat çempionu Ford GT40-ın 2004-cü ildə Ford şirkəti tərəfindən yenilənmiş bir versiyasıdır; avtomobil məhdud sayda (4.038 ədəd) istehsal edilmiş, istehsalı 2006-cı ildə dayandırılmışdır. Lakin GT40 Mk I, Mk II və R modellərinin istehsalı Shelby-American Inc. və Superformance MMC. şirkətləri tərəfindən hələ də davam etdirilir. Özünəməxsus aerodinamik gövdəsi və ötürmə sistemi sayəsində saatda 360 km-dən çox sürət yığa bilər.

Ford, 2017-ci ildə GT-nin istehsalına geri dönəcəyini elan etmişdir.

Ford GT, inkişaf etdirilmiş aşağı çəki, aerodinamik və ultra səmərəli Ecoboost mühərriki ilə yeni Supercar standartlarını müəyyənləşdirir. Ford GT, indiyə qədər olan ən güclü Ecoboost mühərrikinə sahibdir; cüt turbo 3.5 litrlik V6 benzin mühərriki 600 at gücündən çox güc istehsal edəcəkdir. Ultra yüksək performans (Supercar) sinifində yerləşən GT-nin istehsalı 2016-cı ildən başlayacaqdır. Bu supercat arxa ötürücülü və mühərriki ortada yerləşdirilib. Avtomobildə karbon lifi və alüminiumdan istifadə olunmuşdur və bunun sayəsində sürətlənmə, effektivlik və idarəetmənin keyfiyyəti artırılmışdır. Sürətlər qutusu 7 pilləli cüt muftadır.

Qalereya

Kateqoriya:İdman avtomobilləri Kateqoriya:Ford avtomobilləri