Aslan Kərimov (1 yanvar 1973, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçusu. İnşaatçı Şamaxı, MTOP-Dinamo Bakı, Azəri Bakı, Qarabağ, Neftçi, Kəpəz, Baltika, ANS-Pivani, Şəmkir, Sumqayıt Şəhər klublarının oyunçusu olub. 5 qat Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir.Aslan Kərimov futbolla rəsmən vidalaşdı Kərimov milli çempionatımızda 382 oyunda 17 qol vurub.Quzanlıda vida matçı Sumqayıt klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 78 oyun keçirib. Azərbaycan (16 yaşlılar) millisinin baş məşqçisidir. Həmçinin Azərbaycanın əsas milli komandasında köməkçi məşqçi funksiyasını yerinə yetirir.

Həyatı Aslan Səməd oğlu Kərimov 1 yanvar 1973-cü ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur.

Karyerası

Qarabağ Aslan Kərimov Qarabağ klubunda ilk oyununu 28 fevral 1992-ci ildə Azəri Bakı komandasına qarşı keçirib. Bu oyunda 90 dəqiqəni əvəzolunmadan keçirib və oyun 2-0 hesabı ilə Qarabağın xeyrinə başa çatıb. Bu klubda ilk qolunu 18 mart 2003-cü ildə Şəmkir klubunun qapısından keçirib. Oyunun 39-cu dəqiqəsində Aslan Kərimov Qarabağın 2-ci qolunu vurub, oyun 2-0 hesabı ilə Qarabağın xeyrinə başa çatıb. Qarabağ klubunda son oyununu 28 noyabr 2010-cu ildə Neftçi klubuna qarşı keçirib. Bu oyunda Aslan Kərimov 80-ci dəqiqədə meydana daxil olub, oyun 0-1 hesabı ilə Neftçinin xeyrinə başa çatıb. Aslan burda 13 mövsüm keçirib. Aslan Kərimov 1997-ci ildə Qarabağdan ayrılıb və bir daha 2003-cü ildə klubla ikinci dəfə müqavilə bağlayıb.Aslan Kərimov yenidən "Qarabağ"da! Futbolçu Qarabağı 118 oyunda kapitan kimi meydana çıxarıb. Qarabağın qazandığı bütün uğurlarda onun ismi var. Qarabağın qazandığı bütün titullarda heyətdə olub. O, klubun heyətində 2 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun sahibi olub."Bu, qürurvericidir" Aslan Kərimov Qarabağın heyətində 382 oyun keçirib və 6 qol vurub. 2011-ci ilin yayında Qarabağ klubunda ayrılıb.

Sumqayıt Qarabağ klubundan ayrıldıqdan sonra Aslan Kərimov Sumqayıt ilə müqavilə imzalayıb. Burada oynayan məşqçi olan Aslan Kərimov 2011-ci ilin noyabr ayında yaşının çoxluğu və zədəsi səbəbindən karyerasını bitirib. Futbolçunun son oyunu 20-ci Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində uzun illər şərəfini qoruduğu Qarabağ və Sumqayıt komandaları arasında keçirilib, oyundan əvvəl rəmzi olaraq topa ilk zərbəni Aslan Kərimov vurub.Aslan Kərimov sabah futboldan gedir

Milli komanda karyerası Aslan Kərimov Azərbaycan milli komandasının heyətinə ilk dəfə 1992-ci ildə dəvət olunub. O, Azərbaycanın yığmasının Rumıniyaya qarşı keçirdiyi sayca 2-ci rəsmi oyununun iştirakçısı olub.Aslan Kərimov Rəşad Sadıqovdan şübhələnir Futbolçu milli komandada 80 oyun keçirib. 5885 dəqiqə meydanda olub, 66 dəfə start heyətində meydana çıxıb.Milli komanda-20: Bütün futbolçular

Azərbaycan milli komandasıİlOyunQol19941019950019960019977019988019998020003020011020027020035120047020051102006802007110200810Cəmi781

Beynəlxalq qollar # Tarix Yer Rəqib Hesab Nəticə Yarış 1. 14 dekabr, 2003 Dubay, Birləşmiş Ərəb Əmirlikləri Birləşmiş Ərəb Əmirlikləri 3-2 3-3 Yoldaşlıq oyunu

Məşqçilik karyerası

Sumqayıt Aslan Kərimov 2011-ci ilin əvvəlində "B" kateqoriyalı kurslarda iştirak edib. 2 həftəlik kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyasını alıb. Aslan Kərimov 2011-ci ilin yayında Sumqayıt klubu ilə bir illik müqavilə imzalayıb.Aslan Kərimov: "Əsas işim Sumqayıt klubunda yox, millidə olacaq" O, bu klubda baş məşqçi Bernard Raabın köməkçisi olub.Premyer Liqamızda növbəti almaniyalı baş məşqçi 2012-ci ilin yayında Sumqayıt klubu ilə yollarını ayırıb."Sumqayıt" Aslan Kərimovla yollarını rəsmən ayırdı

Azərbaycan milli komandaları 2011-ci ildə 15 yaşadək futbolçularda ibarət Azərbaycan komandasının baş məşqçisi Nikolay Adamın köməkçisi vəzifəsinə təyin edilib. 2012-ci ilin sonunda 16 yaşadək futbolçularda ibarət Azərbaycan komandasına baş məşqçi təyin olunub.Yığma komandalarımıza yeni baş məşqçilər təyin olunub

2013-cü ilin dekabr ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Aslan Kərimov Mahmud Qurbanovla birgə milli komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi təyin olunub.

Uğurları Qarabağ Azərbaycan çempionatı Qalib (1): 1993 İkincilik (1): 1993-1994; Üçüncülük (3): 2003-2004, 2009-2010, 2010-2011; Azərbaycan Kuboku Qalib (3): 1993, 2005-2006, 2008-2009"Hamı məni "Qarabağ"lı Aslan kimi tanıyır" Finalçı (1): 1995-1996

İstinadlar

Xarici keçidlər

National Footbalı Teams - Aslan Kərimov

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:Baltika Kalininqrad FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Sumqayıt FK futbolçuları