Teymur bəy Novruzov () — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru. Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur.
Həyatı Teymur bəy Mirzə Hacı bəy oğlu 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.
1898-ci ildə hərbi xidmətə başlamışdı. siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə ordudakı əla xidmətlərinə görə I tatar atlı alayının komandiri polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilmişdir.
1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir.
O, 1961-ci ildə Nitsada vəfat edib və orada yerləşən Kokad qəbiristanlığında 848 nömrəli qəbirdə dəfn olunub.
Mükafatları Teymur bəy 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1913-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni, 2 noyabr 1914-cü ildə 2-ci dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Novruzovlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generallarıKateqoriya:Gəncə üsyanının iştirakçıları Kateqoriya:Sovet işğalına qarşı döyüşənlər Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri