Rusiya ilə Səudiyyə Ərəbistanının neft müharibəsi — 8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Rusiya Federasiyası arasında olan və neft qiymətləri üzərində baş vermiş qiymət müharibəsi. Bu müharibənin təsiri nəticəsində neft qiymətlərində ciddi azalma baş verir. Neft qiymətinin azalması ABŞ-də 34%, ortalama xam neftin qiymət azalması isə 26% olur. Qiymət müharibəsi, Neft İxrac edən Ölkələr Təşkilatı(OPEC) ilə Rusiya arasında 2019–20 koronavirus pandemiyası fonunda iddia edilən neft hasilatı azalması ilə bağlı dialoqun kəsilməsindən sonra başlayır.
Hadisələrin gedişatı thumb|2019-cu ildən 9 mart 2020-ci ilə qədər WTI markalı neftin qiymət hərəkəti. 9 Mart 2020-ci il tarixindəki bir günlük dəyişiklik qırmızı rəngdə göstərilir. 8 Mart 2020-ci ildə Səudiyyə Ərəbistanı gözlənilmədən Avropa, Asiya və Amerika Birləşmiş Ştatları istehlakçıları üçün, neftin hər bir barrelində 6–8 dollar arasında endirim elan edir. Bu elan, Brent markalı neftin Körfəz müharibəsindən bəri ən böyük günluk düşüş olan 30% qiymət düşməsinə səbəb olur.
Neft qiymətlərində etalon kimi istifadə edilən xam neft olan West Texas Intermediate (WTI) 20 faiz qiymət itirir. 9 Mart 2020-ci il tarixində qlobal fond bazarları, başlanan bu qiymət müharibəsi və koronavirus pandemiyasına görə böyük itkilər verdiyini bildir. Bu açıqlamadan sonra Rusiya rublu ABŞ dollarına nisbətdə 7% düşərək son 4 ilin ən aşağı səviyyəsinə enir.
10 Martda Səudiyyə Ərəbistanı hasilatı gündəlik 9,7 milyon bareldən 12,3 milyona qədər artıracağını, Rusiya isə gündəlik neft istehsalını 300 min barel artırmağı planlaşdırdığını bildirir . O dövrdə Səudiyyə Ərəbistanının dövlət şirkəti olan "Aramco"nun istehsal gücü gündə cəmi 12 milyon barel idi və şirkətə gündəlik 13 milyon barelə çatdırılması tapşırılmışdı..
Tələbin azalması davam etdikcə, neft qiymətləri azalmağa davam edərək 18 martda Brent-in bir barreli 24,72 dollar və WTI-nin 20,48 dollar olmuşdur. Bu son 18 ildə ən aşağı qiymətlər idi.
İqtisadiyyata təsiri
Səudiyyə Ərəbistanında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Saudi Aramco, kapital xərclərini planlaşdırılan 35–40 milyard dollardan 25–30 milyard dollaradək azaltdığını açıqlayır. Hökumət həm neft qiymətləri, həm də pandemiyaya görə dövlətin borc tavanının ÜDM-də payını 30 faizdən 50 faizə qaldırır və büdcə kəsirinin 6 faizdən 9 faizə artmasının gözlənildiyi üçün, xərclərini 5 faiz azaltmağı planlaşdırırdı.
Rusiyada Rusiya hökuməti əvvəlcə 2020-ci ildə 930 milyard rubl (11,4 milyard dollar) büdcə profisiti verəcəyini proqnozlaşdırsa da, qiymət müharibəsi başladıqdan sonra kəsir gözlədiyini elan etmişdir. Rubl 2020-ci ilin əvvəlindən 18 Marta qədər 30 faizdən çox qiymət itirmişdir.
Digər istehsalçılar Bəzi Şimali Amerika neft istehsalçıları qiymətlərin düşməsinə cavab olaraq yeni quyu qazmağı dayandırmışdır. Şimali Amerika şist neft istehsalçıları ümumiyyətlə hasilatı davam etdirmək üçün neft qiymətlərinin bir barrel üçün 40 dolları keçməsini tələb edirlər və yeni yataqlardakı azalmanın, ABŞ-nin neft hasilatında gözlənilən böyüməni aradan qaldıracağını bildirirlər.
İstinad siyahısı
Kateqoriya:2020-ci ildə Rusiya Kateqoriya:Neft iqtisadiyyatı Kateqoriya:2020-ci ildə iqtisadiyyat Kateqoriya:COVID-19 pandemiyasının təsirləri Kateqoriya:Rusiyanın iqtisadi tarixi Kateqoriya:Səudiyyə Ərəbistanı iqtisadiyyatı Kateqoriya:2020-ci ildə beynəlxalq münasibətlər Kateqoriya:Qiymətləndirmə mübahisələri