Ərəbəhməd məscidi () ― Şimali Kipr Türk Respublikasında, Şimali Nikosiyada məscid. Tikili XVI əsrin sonlarında inşa edilmişdir. Məscid 1571 nömrəli Osmanlı ordusunun komandirinin adını daşıyır. Məscidin bağçasında bəzi önəmli şəxslərinin qəbiri yerləşir.Arabahmet Mosque, Nicosia, Cyprus , cypnet.co.uk .

Məscid klassik Osmanlı memarlığının bir nümunəsidir. Tikili 1845-ci ildə çoxsaylı tələblər nəzərə alınaraq təmir edilmişdir. Düzbucaqlı formalıdır və Kiprdə tipik türk günbəzini sərgiləyən yeganə məsciddir. Məscidin əsas hissəsini böyük mərkəzi günbəz, girişini isə üç kiçik günbəz əhatə edir. Böyük günbəzin diametri təxminən 6 metrdir. Bundan başqa, məscidin künclərində yerləşən 4 kiçik günbəz daha mövcuddur.Ahmet Gazioglu, The Turks in Cyprus — A Province of the Ottoman Empire, London, 1990

Məscidin qarşısında üç kiçik günbəzlə örtülmüş eyvan var. Tikilinin hal-hazırkı layihəsi 1845-ci ilə aiddir.

Əvvəllər Ərəbəhməd məscidinin yerində məscid binası ətrafında və qonşu evlərdə dağıntıları hələ də qalan kilsə mövcud idi. Lakin bu kilsədən bütöv halda qalmış yeganə qalıqlar 14-cü əsrə aid qəbir daşlarıdır.

Aralarında ən maraqlı yazılı daşlar venesiyalı ailənin üzvləri olan Qaspar Mavrokeni (1402) və Xyu-de-Mimarsın (1324) adlarını əks etdirir. Bu fraqmentlərin əksəriyyəti orta əsrlər yunan əlifbasının adi növündədir. Daşlar arasında XVI əsr italyan intibahının relyef üslubunda olan və yazılarla və ya qalxanlar təsvir olunmuş gerblərlə tamamlanmamış iki məzar döşəməsi var. Bu iki lövhə kolleksiyada relyef üslubundakı yeganə nümunələrdir."A description of the historic monuments of Cyprus. Studies in the archaeology and architecture of the island" by George Jeffery, Nicosia 1918

Qalereya

İstinadlar

Kateqoriya:Şimali Kipr məscidləri Kateqoriya:Nikosiya tikililəri Kateqoriya:XVI əsr məscidləri Kateqoriya:İslam Kateqoriya:Sünni məscidləri