İrəvan xanlığı 1747-ci ildə yaradılmış və 1828-ci ildə Rusiya imperiyası tərəfindən ləğv edilənə qədər mövcud olmuşdur.

Xanların siyahısı

XanŞəkilHəyatıHakimiyyət illəriAiləQeydMirmehdi xan Qasımlı-Əfşar?–?1747–1752İrəvan xanlığının qurucusudur. Xəlil xan Özbək?–17551752–1755Fətəli xan Əfşar tərəfindən Mir Mehdi Xanın devrilməsindən sonra Xəlil xan Özbək İrəvanın xanı təyin edilmişdir. Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi.A.A.Bakıxanov adına Tarix İnstitutu. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi).s.172.Həsənəli xan Ziyadoğlu-Qacar?–17591755–1759Xanlığa Azad xan Əfqanın yardımı ilə yiyələnmişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı.F.Əliyev, U.Həsənov. İrəvan xanlığı. Bakı: 1997, səh. 58.Hüseynəli xan Ziyadoğlu-Qacar?–17831759–1783Hakimiyyəti dövründə Dağıstan və Kartli-Kaxetiya hakimləri ilə mübarizə aparmışdır. Qulaməli xan Ziyadoğlu-Qacar?–17841783–1784Taxta çıxdığı zaman ona qarşı üsyan olmuş, üsyan yatırılsa da, qısa müddət sonra sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Qars muhafızının İstanbula göndərdiyi hesabat görə, o, rus və gürcülər tərəfindən qətlə yetirilmişdir.Məhəmməd xan Ziyadoğlu-Qacar?–?1784–1805Rus-Qacar müharibələrinin iştirakçısı, Abbas Mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi olmuşdur. Haqqında o qədər də məlumat yoxdur, bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır.Yaqub Mahmudov. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi). A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: 2010Mehdiqulu xan Dəvəli-Qacar?–?1805–1806Əhməd xan Müqəddəm1742 – 18061806Qısa müddət İrəvan xanlığını idarə etmişdir. Əslən Marağadandır. Marağanın da xanı olmuşdur.Ənvər Çingizoğlu. Müqəddəm eli. "Soy" dərgisi, 5 (25), 2008.Hüseynqulu xan Sərdar80px1742 – 18311806–1827Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. İrəvan xanı olana qədər Xorasan Sərhəd Qoşunlarının komandanı kimi xidmət etmişdir. Sərdar məscidi və Sərdar sarayını tikdirmişdir.

İstinadlar

Kateqoriya:İrəvan xanları