Qəndəhar vilayəti (; ) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu.,R.İ.Dadaşova, Səfəvilərin son dövrü

Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər, inzibati mərkəzi Qəndəhar şəhəridir. Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir.

2006-cı ilə olan məlumata əsasən: Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır. Vilayətin 2 kəndində 8 min nəfər bəluc əsilli əhali yaşayır. Vilayətin 6 kəndində 4 min dari əsilli əhali məskunlaşıb. Vilayətin 7 kəndində 19 min nəfər digər spesifik dillərdə danışan əhali yaşayır.

İnzibati cəhətdən vilayət 17 rayona bölünür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Əfqanıstan vilayətləri Kateqoriya:Qəndəhar vilayəti