Laviniya Aleksandrovna Bajbeuk-Melikyan (; ) — Sovet, Rusiya və Ermənistan rəssamı. Ermənistan SSR xalq artisti (1983). Rusiya Federasiyasının əməkdar artisti (1997). Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002).БАЖБЕУК-МЕЛИКЯН ЛАВИНИЯ АЛЕКСАНДРОВНА на сайте Российской академии художеств
Həyatı Tbilisidə məşhur erməni rəssamı Aleksandr Bajbeuk-Melikyanın ailəsində anadan olub.Ереван.ру — виртуальный город Atasının ikinci nikahdan olan oğlu Vazgen və qızı Zuleyka da rəssam oldular.
1944-cü ildə Yerevanda yerləşən Fanos Terlemezyan adına Rəssamlıq Məktəbini bitirdi, 1951-ci ildə isə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirdi. İnstitutu bitirdikdən sonra Laviniya SSRİ xalq rəssamı P. D. Korinin rəhbərliyi altında Moskva metrosunda mozaik pannosu üzərində işlədi. Bundan sonra o, Ermənistana qayıtdı və bir müddət orada çalışdı.
19 sentyabr 2000-ci ildə Laviniya Bajbeuk-Melikyan Rusiya Federasiyası vətəndaşlığını əldə etdi.
Yaradıcılığı Rəssam Ermənistan mənzərələrini, erməni kəndlilərinin həyatlarından rəsmlər çəkirdi; həyatının son illərində o, dost rəssamların portretlərini, avtoportretlər, natürmortlar çəkərək, əsasən emalatxanada işləyirdi. Məhz bu dövrdə çəkilən əsərləri sənətşünaslar onun yaradıcılıq karyerasının zirvəsi hesab edir.
Laviniya Bajbeuk-Melikyanın sənətinə atası Aleksandr Bajbeuk-Melikyanın və Martiros Saryanın yaradıcılığı güclü təsir etmişdir. Onun yaratdığı işlərdə rus realist məktəbinin ənənələri və erməni sənətinin milli koloriti birləşdirilib.
Sənətkarın dostu Sovet və Rusiya rəssamı Dmitri Jilinski onu "Dəniz kənarında. Ailə" (1964) əsərində təsvir etmişdir.
Qiymətləndirilməsi Milli Estetik Ədəb Mərkəzinin direktoru, sənətşünas Henrix İgityan sənətkarın yaradıcılığı haqqında belə demişdir: "Bir çox sənətçi karyeralarının əvvəlində yaxşı şəkillər çəkir, lakin zaman keçdikcə işləri darıxdırıcı və maraqsız olur. Ancaq Laviniya Bajbeuk-Melikyan belə sənətkarlardan deyil. Hətta əksinə, son əsərləri daha da dərin və güclüdür".Новости — Армения Erməni sənətşünas, Milli Rəsm Qalereyasının keçmiş direktoru Şahen Xaçatryan əşyaların və onların gözəlliyinin hər zamanLaviniya Bajbeuk-Melikyanın diqqət mərkəzində olduğunu qeyd edib. Rəssamın qızı Mariam Bajbeuk-Melikyan sərgilənən lövhələrdə Ermənistanın maraqlı, psixoloji tipajların, mənzərələrin, natürmortların təsvir olunduğunu qeyd edib: "Müasir günümüzdə rəssamlardan kimsə nadir hallarda natürmortlara diqqət yetirir. Biz o qədər tez-tez ətrafımızda olan əşyaların yanından keçirik və onların gözəlliyinə fikir vermirik. Pər şeydə gözəllik görmək və onu təsvir edə bilmək xüsusi qabiliyyətdir".
Mükafatları Ermənistan SSR xalq artisti (1983). Ermənistan SSR əməkdar artisti (1967). Rusiya Federasiyasının əməkdar artisti (08.25.1997) — incəsənət sahəsindəki xidmətlərinə görə. SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1988). Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü (2002). SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı (1981).
Şəxsi sərgiləri 1979 — Rəssam evi. İrəvan 1980 — Moskva 01.10.2008–14.10.2008 — Ermənistan Rəssamlar İttifaqında, İrəvan 10.04.2007–06.05.2007 — Rusiya Rəssamlıq Akademiyasında, MoskvaРоссийская академия художеств | Академия художеств
Əsas əsərləri Atası Aleksandr Bajbeuk-Melikyanın portreti (1960) Ana (1961) Kitablı natürmort (1970) Avtoportret (1978) Rəssam Nina Jilinskaya (1984) Ağabalyants bacılarının portreti (1994) M. Xaçatryanın portreti (1996)
İstinadlar
Kateqoriya:Ermənistan SSR-in xalq rəssamları Kateqoriya:Rusiya Federasiyasının əməkdar incəsənət xadimləri Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvləri Kateqoriya:Ermənistan SSR əməkdar rəssamları Kateqoriya:Ermənistanın qadın rəssamları Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:SSRİ-nin incəsənət xadimləri Kateqoriya:Rusiya rəssamları