Minecraft (azərb. Maynkraft) — Mojang tərəfindən hazırlanmış bir sandbox videooyunudur. Oyun Java proqramlaşdırma dilində Markus "Notch" Persson tərəfindən yaradılmışdır. Minecraft ildən ilə digər platformalar üçün idxal edilmişdir. Bütün zamanların ən çox satılan videooyunudur və 126 milyondan aylıq aktiv istifadəçisi vardır. Minecraft 2023-cü ilə qədər 300 milyon nüsxədən çox satılan və aylıq təxminən 140 milyon aktiv oyunçu ilə tarixin ən çox satılan videooyunu oldu.
Oyun prosesi "Minecraft"-da oyunçular praktik olaraq sonsuz və prosedural şəkildə yaradılan bir dünyada kəşfiyyat aparırlar. Oyun dünyası müxtəlif materialları təmsil edən 3D obyektlərdən — kub formalı "bloklardan" ibarətdir. Oyunçular bu blokları toplayaraq müxtəlif tikililər qura, əşyalar hazırlaya və mürəkkəb mexanizmlər yarada bilərlər. Oyunun əsas hədəfi oyunçunun seçiminə bağlı olsa da, Ender Əjdahasını (Ender Dragon) məğlub etmək oyunun əsas sonluğu hesab olunur.
Oyun rejimləri Oyunda dörd əsas rejim mövcuddur: Həyatda qalma (Survival): Oyunçular resurslar toplamalı, aclıqla mübarizə aparmalı və gecələr peyda olan canavarlardan qorunmalıdırlar. Yaradıcılıq (Creative): Oyunçuların sonsuz resursları var, uça bilirlər və canları azalmır. Bu rejim əsasən konstruksiya və sənət əsərləri yaratmaq üçün istifadə olunur. Macəra (Adventure): Xüsusi hazırlanmış xəritələr üçün nəzərdə tutulub, burada blokların sındırılması müəyyən xəritə qaydaları ilə məhdudlaşdırılır. Zorlayıcı (Hardcore): Həyatda qalma rejimi kimidir, lakin çətinlik ən yüksək səviyyədədir və oyunçu öldükdə dünya tamamilə silinir.
İnkişaf,Satınalma və Musiqi 2014-cü ildə Microsoft şirkəti Mojang studiyasını və oyunun hüquqlarını 2.5 milyard ABŞ dolları qarşılığında satın almışdır. Oyun illər ərzində PC, mobil cihazlar, oyun konsolları (PlayStation, Xbox, Nintendo Switch) daxil olmaqla bir çox platformaya portlaşdırılmışdır.Oyunun orijinal musiqiləri C418 ləqəbli Daniel Rozenfeld tərəfindən bəstələnmişdir. Sonrakı illərdə Lena Raine və Gareth Coker kimi bəstəkarlar da yeni yenilənmələr üçün musiqilər hazırlamışlar.
Həmçinin bax Mojang Studios Markus Persson Videooyunların siyahısı
Kateqoriya:Minecraft Kateqoriya:Sandbox oyunları Kateqoriya:Videooyunlar
İstinadlar
Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:İsveç videooyunları Kateqoriya:Sağ qalma simulyatorları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Linux videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:İndi videooyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:2011-ci ilin videooyunları Kateqoriya:Tikinti və menecment videooyunları Kateqoriya:2010-cu ilin videooyunları Kateqoriya:2009-cu ilin videooyunları Kateqoriya:Maarifləndirici videooyunlar Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Virtual reallıq videooyunları Kateqoriya:Windows Phone videooyunları Kateqoriya:2000-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları Kateqoriya:Xbox One X enhanced videooyunları Kateqoriya:Xbox Series X və Series S videooyunları