Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969).

Həyatı Azərbaycanda güləş idman növünün inkişafında mühüm rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri