Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , ) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur.

Karyerası Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır.

2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.

2017-ci ildə "MOİK" futbol klubunun qadın komandasına keçir.

Müntəzəm olaraq qadınlardan ibarət Rusiya milli komandasına dəvət edilir.

İstinadlar

Kateqoriya:Rusiyanın qadın futbolçuları Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri