Aleksandr Sobolyev (rus. Алекса́ндр Со́болев , ) — Rusiyalı futbolçu, Moskvanın "Spartak" və Rusiya yığmasının hücumçusu.

Barnaulun "Dinamo" klubunun yetirməsidir.

Karyerası Futbolçu karyerasına doğulduğu Barnaul şəhərinin "Dinamo" klubunda başlayıb. "Dinamo"nun ikinci komandasının heyətində 2015-ci ildə, Rusiya çempionatının 3-cü dvizionun oyunlarında çıxış edib.https://web.archive.org/web/20171230225644/http://www.fc-dinamo-barnaul.ru/persons/970/

2016/17 mövsümündən əvvəl "Tom" futbol klubuna keçir. Futbolçu "Tom" klububundada gənclər komandasında çıxış edir. Futbolçunun "Tom" klubunun gənclər komandasında debütu, 31 iyul 2016-cı il tarixində "Krasnodar" ya qarşı gənclər birinciliyinin 1-ci turu çərçivəsində qarşılaşmada baş tutur. Futbolçunun "Tom" klubunun əsas heyətində Rusiya Premyer Liqasında debütu isə, 5 dekabr 2016-cı ildə "Ufa" komandası ilə oyunda baş tutur. "Tom"un heyətində futbolçu 37 oyunda 9 qol vurur.

29 dekabr 2017-ci ildə futbolçu Rusiya çempionatının aşağı liqasında yarışan Samaranın "Krılya Sovetov" klubu ilə müqavilə bağlayır. "Krılya Sovetov" klubunun heyətində 4 mart 2018-ci ildə Dinamo Sankt-Peterburq ilə oyuna debüt edir. Futbolçu Samara klubunun heyətində 42 oyunda meydana çıxaraq 19 qol vurur.

2 fevral 2019-cu il tarixində "Yenisey" klubu futbolçunu 2018/19 mövsümünün sonuna qədər icarəyə göturur. "Yenisey" klubunun heyətində meydana çıxdığı 10 göruşdə 3 qol vurur.

29 yanvar 2020-ci il tarixində Moskvanın "Spartak" klubu, futbolçunu sonradan almaq şərti ilə 6 aylıq icarəyə göturur. Moskva klubu futbolçunun icarəsi üçun 500 min avro, tam hüquqlu transferinə görə isə 4 500 000 avro ödəyir.

Uğurları

Komanda "Krılya Sovetov" Rusiya Milli Futbol Liqasının gümüş mükafatçısı: 2017/18

Fərdi Rusiya Premyer Liqasında ayın ən yaxşı futbolçusu (2): iyul 2019, mart 2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Dinamo Barnaul FK futbolçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Zenit Sankt-Peterburq FK futbolçuları