Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyasıKonvensiyanın mətni — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür.Türk boğazları problemi. Montrö konvensiyası

Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur.

1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır.League of Nations Treaty Series, vol. 173, pp. 214–241. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir.

Tarixi Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi. Müqavilə Millətlər İttifaqı Beynəlxalq Boğazlar Komissiyasının nəzarəti altında boğazları mülki və hərbi gəmilərin məhdudiyyətsiz və sərbəst hərəkəti üçün açdı.

1930-cu illərin sonlarında, Türkiyənin qərb sahillərində yunanların yaşadığı Dodecanese adalarına nəzarət edən və Rodos, Leros və Kosda istehkamlar inşa edən Faşist İtaliyasının güclənməsi ilə Aralıq dənizindəki strateji vəziyyət dəyişdi. Türklər İtaliyanın Anadolu və Qara dəniz bölgəsi üzərindəki təsirini genişləndirmək üçün boğazlara girişdən istifadə etməyə çalışacağından qorxurdular. Üstəlik, Bolqarıstanın yenidən silahlanmasına dair narahatlıqlar da var idi.Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 101. Martinus Nijhoff, 1987.

Türkiyəyə boğazları möhkəmləndirməsinə icazə verilməsə də, o bunu gizli şəkildə edirdi."Dardanelles or Çanakkale Bogazi." The Columbia Encyclopedia, 2004.

1935-ci ilin aprelində Türkiyə hökuməti Lozanna Müqaviləsini imzalayanlara uzun diplomatik nota göndərdi. Notada boğazlar üçün yeni razılaşmaya dair konfrans çağırılmasını təklif etdi və Millətlər Birliyindən Dardanell istehkamlarının yenidən qurulmasına icazə verilməsini istədi. Türkiyənin xarici işlər naziri Tefik Rüştü Aras bu notada beynəlxalq vəziyyətin 1923-cü ildən bəri kəskin şəkildə dəyişdiyini izah etmışdi. O dövrdə Avropa silahsızlanmaya və boğazların qorunmasının beynəlxalq zəmanətinə doğru irəliləyirdi. 1934–35-ci illərdə Efiopiya böhranı, Almaniyanın Versal sülh müqaviləsini və beynəlxalq silahlanma addımlarını denonsasiya etməsi “Boğazların tam qorunması üçün olan yeganə zəmanətin öz növbəsində qüvvədən düşməsi" demək idi. Əslində Aras, "bu işdə ən çox maraqlı olan beynəlxalq güclər ümumi bir həyəcan təhlükəsini elan edirlər" deyirdi. Mövcud rejimin əsas zəif tərəfləri kollektiv zəmanət mexanizminin çox ləng və təsirsiz olması, ümumi müharibə təhlükəsi zamanı hər hansı bir müdafiə ehtimalının olmaması və Türkiyəni müdafiə etməyin bir yolunun mövcud olmaması idi. Buna görə də Türkiyənin əsas təklifi:

Konfransın çağırılması və gedişi Türkiyənin təklifi qəbul edildi və 1936-cı ildə bu məsələyə dair beynəlxalq konfransın çağırılması qərara alındı. Qara dəniz boğazları rejimi konfransı 22 iyun - 21 iyul 1936-cı ildə SSRİ, Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Yuqoslaviya, Avstraliya və Yaponiyanın iştirakı ilə İsveçrənin Montrö şəhərində keçirilməsi qərara alındı. Konfransın gedişində iki böyük ölkə iştirakdan imtina etdi. Belə ki, iştirakçı ölkələr, Efiopiyadakı vəziyyətlə əlaqədar olaraq İtaliyaya qarşı beynəlxalq sanksiyaları dəstəklədiyindən, İtaliya konfransa qatılmaqdan imtina etdi. ABŞ isə ümumiyyətlə konfransa nümayəndə göndərmədi.Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 123. Martinus Nijhoff Publishers, 1987.

Montrö konfransında Türkiyə, Britaniya və Sovet İttifaqı hər biri əsasən öz maraqlarını qorumağa yönəlmiş təkliflərini irəli sürdülər. İngilislər nisbətən məhdudlaşdırıcı yanaşmanın davam etdirilməsini müdafiə edirdilər, türklər isə boğazlar üzərində öz nəzarətlərini bərpa edəcək daha liberal bir rejim təklif edirdilər, SSRİ isə mütləq keçid azadlığını təmin edəcək bir rejimin tətbiqini istəyirdilər. Böyük Britaniyanın təklifinin əsasını Qara dəniz və Qara dəniz xaricindəki dövlətlərin hərbi gəmilərinin boğazlardan keçməsi hüquqlarının bərabərləşdirilməsi təşkil edirdi. İngilislər, Fransanın dəstəyi ilə Sovet donanmasını Hindistan, Misir və Uzaq Şərqə gedən gəmi yollarını təhdid edə biləcəyi Aralıq dənizindən uzaq tutmağa çalışırdılar.James C. F. Wang, Handbook on Ocean Politics and Law, p. 88. Greenwood Publishing Group, 1992. Nəticədə ingilislərin bəzi tələbləri yerinə yetirildi, Sovetlər isə SSRİ də daxil olmaqla Qara dəniz ölkələrini Qara dəniz olmayan ölkələrə tətbiq olunan hərbi məhdudiyyətlərdən bəzi azadlıqlar almağa müvəffəq oldular. Beləliklə, konfransın işi pozulmadı və razılaşdırılmış qərarların hazırlanmasına gətirib çıxardı. İyulun 20-də iştirakçı ölkələr, boğaz rejimi ilə əlaqədar yeni bir konvensiyanı imzaladılar və bunun əsasında Türkiyə boğaz bölgəsini yenidən hərbi vəziyyətə gətirmə haqqını aldı.

Saziş Lozanna müqaviləsini imzalamayan Almaniya xaricində və Yaponiyanın qeyd-şərtləri ilə bütün konfrans iştirakçıları tərəfindən təsdiq edildi. 1936-cı il noyabrın 9-dan isə qüvvəyə mindi."Montreux Convention (1936)." The Columbia Encyclopedia, 2004

İngiltərənin güzəştə getmək istəyi, Türkiyənin Adolf Hitler və ya Benito Mussolini ilə ittifaqa girməməsi və ya onların təsiri altına düşməməsi istəyi ilə izah olunur."Montreux Convention." Chambers Dictionary of World History, 2005.Dilek Barlas, Etatism and Diplomacy in Turkey, pp. 166–170. BRILL, 1998. Beləliklə, gələcəkdə Berlin-Roma-Tokio oxu ilə hər hansı bir qarşıdurma olması halında Türkiyənin ya bitərəf qalmasını, ya da Qərb müttəfiqlərinə tərəf tutmasını təmin etmək üçün İngiltərə və Fransa tərəfindən edilən bir sıra addımların ilki idi.

Konvensiyanın əsas maddələri Konvensiyanın girişində qeyd olunurdu ki, Konvensiya Dardanel, Mərmərə dənizi və Bosfor boğazı ilə yanaşı Türkiyənin Gökçeada, Bozcaada və Tavşan adaları, Yunanıstanın Lemnos və Samotrak adalarının silahsızlaşdırılmasından bəhs edən əvvəlki Lozanna boğazlar müqaviləsini ləğv edir.

Konvensiya 29 maddədən, dörd əlavədən və bir protokoldan ibarətdir. 2-7-ci maddələr ticarət gəmilərinin keçməsini nəzərdə tutur. 8-22-ci maddələr döyüş gəmilərinin boğazlardan keçidinin qaydalarını əhatə edir. Keçid və naviqasiya azadlığının əsas prinsipi 1 və 2-ci maddələrdə ifadə edilmişdir. 1-ci maddədə deyilir: "Razılığa gələn Tərəflər boğazlarda dəniz yolu ilə keçmə və gəzinti azadlığı prinsipini tanıyır və təsdiqləyirlər." Maddə 2-də "Sülh dövründə ticarət gəmiləri, hər hansı bir yüklə hər hansı bir bayraq altında gecə və gündüz Boğazlarda tam keçid və gəzinti azadlığından istifadə edəcəklər" deyilir.

Beynəlxalq Boğazlar Komissiyası ləğv edildi, bu da Türkiyəyə boğazlar üzərindəki hərbi nəzarətinin tamamilə bərpa etməsinə və Dardanel boğazının yenidən qurulmasına icazə verilirdi. Türkiyə müharibə dövründə və ya təhlükə təhdidində olduqda boğazları bütün xarici hərbi gəmilərə bağlamaq səlahiyyətinə sahib oldu. Həmçinin Türkiyəyə onunla müharibə vəziyyətində olan ölkələrə məxsus ticarət gəmilərinə tranzit imtina etmək səlahiyyəti verildi.

Qara dəniz ölkəsi olmayan dövlətlərə hərbi gəmiləri üçün əhəmiyyətli çəki (tonaj) məhdudiyyətləri tətbiq edildi (yalnız kiçik səth gəmiləri keçə bilər). Qara dəniz ölkəsi olmayan dövlətlərin Qara dənizdəki döyüş gəmilərinin ümumi tonajı 30 min tonu keçməməlidir və dənizdə 21 gündən artıq qalmamalıdır. Yalnız Qara dəniz ölkələrinin dəniz qüvvələrinin sayı artırıldığı halında bu maksimumu 45 min tona çatdırıla bilər. Hərbi gəmilərin keçə biləcəyi növlərə bir sıra yüksək dərəcədə məhdudiyyətlər qoyuldu. Gəmi göndərmək istəyən Qara dəniz ölkəsi olmayan dövlətlər, keçiddən keçmək istədikdə 8 gün əvvəl Türkiyəni xəbərdar etməlidirlər. Əlavə olaraq, ümumi həcmi 15.000 ton olan doqquzdan çox xarici hərbi gəmi eyni vaxtda boğazlardan keçə bilməz. Bundan əlavə, 10.000 tondan ağır gəminin keçidi qadağandır.

12-ci maddəyə görə, Qara dəniz dövlətlərinə, Qara dəniz xaricində düzəldilmiş, alınmış və ya təmir üçün göndərilmiş sualtı qayıqların əvvəlcədən xəbərdarlıq edərək onların boğazlara girməsinə icazə verilir. Qara dəniz dövlətləri üçün tətbiq olunan daha az məhdudlaşdırıcı qaydalar, əslində, Türkiyə xaricindəki yeganə Qara dəniz dövləti olan SSRİ-yə güzəşt olaraq qəbul edilmişdi. Çünki heç bir Qara dəniz ölkəsinin bu sayda böyük gəmi və ya sualtı qayığı yox idi.Robin Rolf Churchill, Alan Vaughan Lowe, The law of the sea, p. 115. Manchester University Press, 1999. Mülki təyyarələrin də Aralıq dənizi ilə Qara dənizlər arasından keçməsinə, ancaq Türkiyə hökuməti tərəfindən icazə verilən marşrutlar boyunca icazə verilir.Jozef Goldblat, Arms control: the new guide to negotiations and agreements, pp. 175–177.

Beləliklə, bu konvensiya ilə Beynəlxalq Boğazlar Komissiyası ləğv edildi. Bu da Türkiyənin boğazlar üzərindəki hərbi nəzarətinin yenidən bərpasına və Çanaqqala boyunca möhkəmlənməsinə imkan verdi. Türkiyə müharibə vaxtı və ya təcavüz təhlükəsi ilə üzləşdiyi zamanı boğazları bütün xarici hərbi gəmilərin üzünə bağlamaq səlahiyyətinə sahib oldu. Konvensiya Lozanna müqaviləsində nəzərdə tutulmuş boğazlar üzrə beynəlxalq komissiyanı ləğv etdi və funksiyalarını Türkiyə hökumətinə verdi.

Qara dəniz ökələri: (Türkiyə, Rumıniya, Bolqarıstan, 1991-ci ilə qədər SSRİ, 1991-ci ildən Rusiya, Ukrayna və Gürcüstan). Konvensiyanın əhəmiyyəti Konvensiyanın şərtləri böyük ölçüdə 1930-cu illərin ortalarındakı beynəlxalq vəziyyətin əks olunması idi. Montrödəki konfransda verilən qərarlar, boğazların statusu məsələsində Qara dəniz ölkələrinin hüquqlarının tanınmasına doğru bir addım idi. Böyük ölçüdə isə Türkiyə və SSRİ mənafelərinə xidmət edir, Türkiyənin boğazlara hərbi nəzarəti bərpa etməsinə imkan verir və Sovet İttifaqının Qara dənizdə üstünlüyünü təmin edirdi.

İtaliya 1938-ci ildə Montrö konvensiyasına qoşuldu. Konvensiyanın qəbulu İkinci Dünya müharibəsi dövründə Qara dənizdəki hərbi əməliyyatlara əhəmiyyətli dərəcədə böyük təsir göstərdi. Belə ki, Montrö rejiminin Berlin-Roma-Tokio oxu üzvlərinin Sovet İttifaqına hücum etmək üçün boğazlar vasitəsilə hərbi-dəniz qüvvələrini göndərməsinin qarşısını aldı. Beləliklə, Berlin-Roma-Tokio oxu ölkələri Qara dənizdəki əməliyyatlarında dənizdə manevr imkanları ciddi şəkildə məhdudlaşdı. Onlar buna görə əsasən dəmir yolu və kanal şəbəkələri ilə qurudan daşınan kiçik gəmilərə güvənmək məcburiyyətində qaldılar. Dəstək gəmiləri və silahlı ticarət gəmiləri keçməkdə davam edirdi, lakin bu cür gəmilərin boğazlardan keçməsi Müttəfiqlər ilə Türkiyə arasında narazılığa səbəb olurdu. Moskva və Londonun təkrar etirazları və bir sıra Alman dəstək gəmilərinin boğazlardan keçməsinə icazə verildikdən sonra, Türkiyə hökumətinin 1944-cü ilin iyunundan etibarən Almanların "şübhəli" gəmilərin hərəkətini qadağan etməsinə gətirib çıxardı.Christos L. Rozakis, Petros N. Stagos, The Turkish Straits, p. 125. Martinus Nijhoff Publishers, 1987. Selim Deringil, Turkish Foreign Policy During the Second World War: An 'Active' Neutrality, pp. 169–171. Cambridge University Press, 2004.