Fəxri Sabit Qorutürk (; ) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir.
Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır.
1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur.
Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur.
Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur.
27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir.
6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
12 oktyabr 1987-ci ildə vəfat etmişdir.
Almanca, ingiliscə və italyanca bilirdi. Evli idi və üç övladı var idi.
İstinadlar
Kateqoriya:Türkiyə prezidentləri Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Ürək tutmasından ölənlər