Aleksandr Hemon (, ) — Bosniya əsilli Amerika yazıçısı, publisist. Əsərlərini ingilis dilində yazır.
Tərcümeyi-hal Atası yarı ukraynalı (yazıçı babası Birinci Dünya müharibəsi dövründə Qərbi Ukraynadan Bosniyaya gəlmişdir), anası bosniyalı serbdir. Sarayevo Universitetini bitirib, 1990-cı ildən çap olunmağa başladı. 1992-ci ildə Çikaqoya turist olaraq gəldi , Bosniya müharibəsi başladıqdan sonra ABŞ-də qalmaq qərarına gəldi. İngilis dilini demək olar ki bilmirdi. Bir neçə peşə dəyişdirdi, sonra isə ingilis dilində yazmağa başladı. İngilis dilində ilk nəşri 1995-ci ildə baş tutdu. New York Times, New Yorker, Esquire, Paris Review, Granta və s. qəzetlərdə dərc edilmişdir. Sarayevonun BH Dani (Bosniya və Herseqovina günləri, Bosniya dilində-az) jurnalının köşə yazarıdır. Hazırda Çikaqoda yaşayır.
Bir neçə amerika ədəbi mükafatının qalibidir. Hemonun kitabları əsas Avropa dillərinə tərcümə edilmişdir.
Bədii əsərləri Bruno sualı, roman və hekayələr (2000) Naməlum yerdən olan insan, novellalardan ibarət roman (2002) Lazarus Layihəsi, roman (2008, New York Magazine'nin İlin Kitab Mükafatı, Jan Michalski Mükafatı, Fransa, 2010 ; rusca tərcümə 2011) Sevgi və maneələr, qısa hekayələr (2009) Rus dilində nəşrlər
Kor Josef Pronek, hekayə Dirijor, hekayə
Qeydlər
Linklər
Kateqoriya:Sarayevoda doğulanlar Kateqoriya:1964-cü ildə doğulanlar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Bosniya və Herseqovina yazıçıları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:9 sentyabrda doğulanlar Kateqoriya:Çikaqoda doğulan yazıçılar Kateqoriya:Avtobioqrafiyalar