Rəhim xan Ziyadoğlu-Qacar — Gəncə xanı (1786)
Həyatı 1786-cı ildə gəncəlilər üsyan qaldırıb İbrahimxəlil xanın valisi Həzrətqulu bəy Qarabağlını Gəncədən qovdular. Gəncənin hakimi Şahverdi xanın oğlu Rəhim xan oldu. Rəhim xan heç bir il də Gəncəyə başçılıq edə bilmədi. İbrahimxəlil xan onu yıxıb yerinə qardaşı Cavad xanı təyin etdi.
Rəhim xan II İraklinin yanına qaçdı. İraklidən pul və qoşun alsa da, iş aşıra bilmədi. Cavad xan sonra İbrahimxəlil xandan üz döndərib Ağaməhəmməd xan Qacara bel bağladı. Elə bu zamanlarda Cavad xan Qarabağdan üz döndərmişdi. İbrahimxəlil xan Rəhim xanı dəstəkləməyi qərara aldı. Müttəfiqlərindən güclü kömək alıb Gəncəyə yürüş etdi. Cavad xan savunmağı bacarmadı. İbrahimxəlil xana oğlunu girov, bacılarını zaval və xeyli pul xərac verib Gəncəni xilas etdi.
Rəhim xan birdəfəlik Qarabağa sığındı. Orda da vəfat etdi.
Ailəsi Rəhim xanın İmamqulu ağa adlı oğlu vardı.
Mənbə
Kateqoriya:Gəncə xanları Kateqoriya:Gəncə xanlığı Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Qarabağ və Gəncə Qacarları