Ziya Nuriyev (; ) — Sovet dövlət xadimi və partiya lideri. 4-11 çağırış SSRİ Ali Sovetinin Başqırd Muxtar Sovet Sosialist Respublikasıdan olan millət vəkili (1954-1986). Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1961-1986). Sosialist Əməyi Qəhrəmanı (1975). Miliyyətcə başqırddır. Təhsili Birsk Pedaqoji Kolleci (1933) və Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini (1951) bitirmişdir. 1966-cı ildə İqtisad elmləri namizədi olmuş və "İqtisadiyyat və Taxıl istehsalı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bioqrafiyası 8 mart 1915-ci ildə Ufa quberniyasının Birsk qəzasının Verxne Laçentau kəndində (indiki Başqırdıstanın Birsk rayonunun Verxnelaçentau kəndi) kəndli ailəsində anadan olmuşdur.
Anasının ulu babası bir volost rəhbəri idi. Dədə Qutlu-Əhməd və nənəsi Şəmsiyamalın bir qız və dörd oğulu olur: Fəzli-Əhməd, Nuri-Əhməd, Xuji-Əhməd, Faizi-Rəhman. Hər birinin 5-7 uşağı var idi.
Atası Nuri-Əhməd Birinci Dünya müharibəsinin cəbhələrində vuruşmuşdur. Kəndə qayıtdıqdan sonra tif xəstəliyinə tutulur dünyasını dəyişir. O zaman Ziyanın üç yaşı olur. Anası Maftuxanın (1877-1957) qucağında yeddi uşaq qoymuşdu (bacılar Sabir 1902-1992, Nuriyə, Saliha, Madixinur, qardaşlar Qalinur 1904-1992, Şaixinur - 1941-ci ildə müharibədə ölmüşdür). 1921-ci ildə başlanan quraqlıqdan yalnız heyvandarlıq sayəsində sağ qaldılar. 1922-ci ildə Ziya kənd ibtidai məktəbində oxumağa başlayır. Anası 80 il yaşayır və insultdan ölür. 1933-1935 Ziya Nuriyev kolxoz gəncləri məktəbinin müəllimi işləyir.
1935-1938 - Boray rayonunun başçısı olur.
1938-1940 - Qızıl Orduda xidmət: 2 Xüsusi Qırmızı Bayraq Ordusunun artilleriya alayının Komsomol Bürosunun katibi.
1940-1942 - Buzovyazovi rayonunun başçısı.
1942-1943 - Podlubovskaya rayonunun Siyasi şöbəsinin müdiri.
1943-1944 - Kommunist partiyası Buzovyazovski rayon komitəsinin 2-ci katibi.
1944-1945 - Kommunist partiyası Kiqin rayon komitəsinin 1-ci katibi
1945-1948 - Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Başqırd Regional Komitəsinin kənd təsərrüfatı şöbəsi müdiri.
1951-1952 - Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Başqırd vilayət komitəsinin partiya, həmkarlar ittifaqı və komsomol orqanlarının şöbəsi müdiri.
1952-1957 - Katib, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Başqırd Vilayət Komitəsinin 2-ci katibi.
1957-1969 - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi.
1969-1973 - SSRİ Nazirlər Soveti yanında Dövlət Satınalma Komitəsinin sədri, SSRİ Satınalma Naziri.
1973-1985 - SSRİ Nazirlər Sovetinin sədr müavini, SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin aqrosənaye kompleksi üzrə Komissiyasının sədri.
1985-ci ilin noyabr ayından bəri federal əhəmiyyətli fərdi təqaüdçü olur. Təqaüddə olarkən Nuriev "Auldan Kremlə" adlı bir xatirələr kitabı yazmış və burada Mao Tszedun, Kliment Voroşilov, İndira Qandi ilə görüşlərindən yazmışdır.
1985-ci ilin dekabrında SSRİ Nazirlər Sovetinin dövlət müşaviri vəzifəsinə təsdiq edilir. Bu vəzifəni 1988-ci ilə qədər tutur
Ailəsi:Həyat yoldaşı Aisılu, oğlu Vil (1986), gəlini Svetlana Mixaylovna, nəvələri Eldar, Rüstəm, nəticələri Aleksey, Anastasiya.
19 oktyabr 2012-ci ildə 98 yaşında Moskvada vəfat edir. Novodeviçye qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Başqırd MSSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Başqırd MSSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Başqırd MSSR Ali Sovetinin IV çağırış deputatları