Li Kuan Yu, (; çin. 李光耀, ) — Sinqapur siyasətçisi, Sinqapurun üçüncü Baş Naziri.

Həyatı 16 sentyabr 1923-cü ildə Sinqapurda çinli ailədə anadn olub. Əvvəlcə Sinqapur məktəblərində — Telok Kurau məktəbində, Rafflz İnstitutunda, Sinqapur Milli Universitetində təhsil alır, sonra təhsilini Kembric Universitetində davam etdirir (1945–1949).

1949-cu ildə vətənə qayıdır. 1950-ci ildən Sinqapurun Laycock and Ong şirkətində vəkil kimi çaışır, həmçinin həmkarlar ittifaqı hərəkatında fəaliyyət göstərir.

1954-cü ildə "Milli Hərəkat Partiyası"nın baş katibi seçilir. Partiya 1959-cu ildən hakimiyyətə gəlir və həmin ildən 1990-cı ilədək baş nazir postunu tutur. 1990–2004-cü illərdə Qo Çok Tonqun hökumətində böyük nazir vəzifəsini tutur. 2004-cü ilin avqustunda oğlu Li Syanlun baş nazir təyin olunur və o nazir-menton (hami) vəzifəsinə təyin edilir. 2011-ci ildə bu vəzifədən istefa verir.

Metodları Kişilər həmişə şalvarda, qadınlar isə havanın temperaturundan asılı olmayaraq corab geyinməlidirlər. Maşınların sürəti saatda 80 kilometri ötməməlidir. Bütün şəhər video kamera ilə təchiz olunub.

Vətəndaşların kimə gəldi səs verməməsi üçün bülletendə seçicinin pasport nömrəsi yazılır. Buna görə o Sinqapuru dünyanın ən demokratik dövləti sayır. Oğurluq, narkotik maddələrdən istifadə, zorlama və korrupsiyaya görə dar ağacından asılma cəzası hökm sürür. Qamçı ilə cəzalanma indiyə qədər tətbiq olunur.

Onun tərəfindən mətbuata ciddi senzura qoyulub. Qəzetlərə seksdən və siyasətdən yazmaq qəti qadağan olunub.

Baş nazir apardığı müşahidələrdən belə qəanaətə gəlir ki, ağıllı kişilərin əksəriyyəti gözəl, lakin çox ağıllı olmayan qadınlarla ailə qururlar. Nəticədə ağıllı qadınların əksəriyyəti subay qalırlar. O, 1982-ci ildə diplomlu qadınlarla ailə quran kişilərin yüksək məbləğdə mükafatlandırılması barədə qərar çıxarır. Həmin qərara görə dünyaya ikinci uşaq gətirən diplomsuz qadın cərimələnir.

Li Kuan Yu öz eksperimental ölkəsini "Asiya İsveçrəsinə" çevirə bilmişdi. Ancaq elə şeylər var ki, polis də onun qarşısında acizdir. Baş nazir bunu çıxışlarının birində açıqlayıb: "Çinliləri hər şeyə məcbur etmək olar, lakin onları muncuq oynamamağa məcbur etməyi heç kim bacarmaz".

Mənbə İngilis dilində Culture Is Destiny; A Conversation with Lee Kuan Yew Time Magazine — Lee was chosen as Asia’s 100 most influential persons of the century by TIMEAsia magazine. War of Words Alejandro Reyes, Asiaweek.com, September 25, 1998. Retrieved 2004-12-08 Lee Kuan Yew: A Chronology, 1923–1965 Largely based on Lee Kuan Yew. The Singapore Story: Memoirs of Lee Kuan Yew. Singapore: Times, 1998. Retrieved 2004-12-08 Free After 32 Lost Years Chia Thye Poh interview with Newsweek magazine. Retrieved 2004-12-12 The Economist’s apology The Economist magazine’s apology to Lee Kuan Yew and Lee Hsien Loong for its 2004 nepotism article Gene expression: Lee Kuan Yew Obituary of Lee Chin Koon 2005 Interview with the German paper, Der Spiegel

Rus dilində Сингапурская история: из "третьего мира" — в "первый" (1965–2000) Отец сингапурского чуда Ли Куан Ю полагает, что России надо набраться терпения, чтобы преуспеть

Xarici keçidlər

Kateqoriya:Sinqapur siyasətçiləri Kateqoriya:Sinqapur uzunömürlüləri Kateqoriya:Konfusiçilər Kateqoriya:İqnobel mükafatı laureatları Kateqoriya:Sinqapur baş nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Kembric Universitetinin müəllimləri