Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi.
Həyatı Ənsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi.
Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi.
Ailəsi Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı.
Mənbə Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
Həmçinin bax Qaradağ vilayəti
Kateqoriya:Hərbi liderlər Kateqoriya:Qaradağda doğulanlar