Pərviz Qasım oğlu Qasımov () — Azərbaycan xanəndəsi, müəllim, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü.
Həyatı Pərviz Qasım oğlu Qasımov 1991-ci il 28 apreldə Bakıda doğulub. Əslən Ağdam rayonunun Abdal Gülablı kəndindəndir. 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasına daxil olub. İlk müəllimi xalq artisti Əlibaba Məmmədov və xalq artisti Elmira Rəhimova olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Universitetdə müəllimi əməkdar artist Ruzə İbişova olub. 2017-ci ildə iştirak etdiyi Televiziya Muğam Müsabiqəsində birinci yerə layiq görülmüşdür. 2017-ci ildən Təyyar Bayramovun tələbəsidir. Eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub. 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalına qatılıb. 75 ölkənin qatıldığı festivalda Pərviz Qasımov birinci yerə layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim işləyir. Ailəlidir, bir oğlu var.
Uğurları Televiziya Muğam Müsabiqəsinin qalibi (2017) Beynəlxalq Muğam Müsabiqəsinin qalibi (2018) “Şərq təranələri” musiqi festivalının qalibi (2019)
Diskoqrafiya Mahnıları
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri