Kayserili Qara Əhməd Paşa (ö. 1635) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı Doğum tarixi haqqında məlumat yoxdur. Kayseridə dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək 1630-cu ildə qapıçılar kəndxudası, 1632-ci ildə miraxur təyin edildi. 1633-cü ildə vəzir rütbəsiylə Misir bəylərbəyi oldu ancaq qəddarlığı səbəbilə 1635-ci ildə vəzifədən alınaraq edam edildi.

Mənbə

Sicill-i Osmani I, səh. 227

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı imperiyasında edam olunanlar