Henrix Şönfeld (; ) — Yəhudi əsilli Avstriyalı futbolçu. Mövqeyi hücumçu olub. İtaliyada Enriko Şönfeld () adı ilə çıxış edib. İlk İtaliya çempionatının bombardiri olub.

Karyera Şönfeld karyerasına 1916-cı ildə Avstriya Bundesliqasında çıxış edən "Rudolfshügel" klubunda qapıçı kimi başlayır. 1920/21 mövsümündən etibarən Henrix bu klubun hücum xəttində oynamağa başlayır. Bu cür hadisə bizim zamanımızda bu təəccüblü görunə bilər, amma o illərdə belə dəyişikliklər nadir deyildi. Hücumçu kimi ilk oyunda Henrix Vyananın "Hakoah" klubuna qol vurur.

1921/22 mövsümündə Henrix "Meran" klubuna keçir. O burada sürətlə komandanın liderinə çevrilərək, Cənubi Tirolun bölgəsinin ən məşhur oyunçularından biri oldu.

1923-cü ildə İtaliyanın "Torino" futbol klubunu çalışdıran Avstriya milli komandasının keçmiş oyunçusu Karl Stürmer Henrixi öz yanına dəvət edir. Burda Şönfeld çox uğurla çıxış edir və ilk mövsumdə 20 matçda 22 qol vuraraq çempionatın bombardiri olur. Növbəti mövsümdə Henrix "Torino" formasında cəmi 10 oyun keçirdərək cəmi bir qol vura bilir.

Mövsümün sonunda Henrix komandasını dəyişdirmə qərarı qəbul edir və "İnter" klubuna keçir. "İnter"də Şönfeld 4 oktyabr 1925-ci ildə "Udineze" ilə matçda debüt edərək ilk oyununda qol vurur. O ilk mövsumundə "İnter" klubunda 14 görüş keçirdiərək 9 qol vurur.

"İnter"dəki bir mövsümdən sonra Şönfeld Avstriyaya dönür və tamamilə yəhudi futbolçulardan ibarət olan, Vyanadakı Yəhudi icması tərəfindən dəstəklənən "Hakoach" klubunda oynayır.

Daha sonra ABŞ-yə yollanaraq orada çıxış edir.

1930-cu ildə futbolçu karyerasını başa vuraraq məşqçi fəaliyyətinə başlayır.

İkinci Dünya müharibəsi bitdikdən sonra Şönfeld Avstriyanın Hallayn əyalətindəki qaçqınlardan ibarət "Hakoah" həvəskar klubunu çalışdırır. Ancaq 1954-cü ildə qaçqınların evlərinə qayıtmağa başladığı səbəbindən klub dağılır.

Mövsumlərə görə statistikası Mövsüm Oyun Qol 1915/1916 3 0 1916/1917 14 0 1917/1918 16 0 1918/1919 bir 0 1919/1920 0 0 1920/1921 7 2 1921/1922 ? ? 1922/1923 on üç 15 1923/1924 20 22 1924/1925 on bir 1925/1926 14 9 1926 8 6 1926/1927 6 3 1927/1928 on dörd 1928/1929 12 on bir 1930 6 0

İstinadlar

Xarici keçidlər İtaliyada Rumıniyalı oyunçular və məşqçilər İnterfc.it saytında profil

Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Avstriya futbol məşqçiləri Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Yəhudi futbolçular Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:Legioner Avstriya futbolçuları