Harald İngemann Nilsen (; ) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub .

Bioqrafiya Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir.

Karyerası 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir. Növbəti mövsümun ilk oyununda Nielsen 4 qol vurur. Bir neçə həftə sonra, 13 sentyabr 1959-cu ildə Nilsen Danimarka millisində Norveçlə matçda debüt edir və o zaman millinin tarixində ən gənc oyunçu olur (17 il və 322 gün).

1960-cı ildə Nilsen Harald Danimarka Premyer Liqasında debüt edir. 1960-cı ildə 19 qol vuraraq çempionatın bombardiri olur. Daha sonra Milli komanda ilə Romadakı Olimpiadaya yollanır. Olimpiadiyada 5 oyunda 6 qol vuran Nilsen turnirin ikinci bombardiri olur və "Qızıl Harald" ləqəbini alır. Növbəti il Nielsen Danimarkanın ən yaxşı futbolçusu olur. Bununlada Avropa klublarının maraq dairəsinə düşərək tezliklə İtaliyaya yollanır.

1961-ci ilin yayında, 19 yaşında olarkən Nilsen, 200 min krona İtaliyanın "Bolonya" klubuna keçir. Keçiddən sonra Nielsen, milli komandada oynamağı dayandırmaq məcburiyyətində qalır. Nilsen "Bolonya"da 27 avqust 1961-ci ildə, "Bolonya"nın "Palermo" klubunu 2–1 udduğu oyunda debut edir. İtaliyadakı ilk mövsümündə Nilsen 16 liqa oyununda 8 qol vurur. Növbəti mövsüm 19 dəfə qol vuraraq İtaliya A Seriyasının bombardiri olur. Bir il sonra Nilsen ikinci dəfə liqanın bombardiri olaraq klubun son 23 ildə ilk dəfə A Seriyasının çempionu olmasına kömək edir. İtaliyada ilk üç uğurlu mövsümdən sonra Nilsenin oyununda geriləmə başlayır.

1967-ci ildə Nilsen, onun transferi üçun "Bolonya"ya 2,5 milyon dollar ödəyən "İnter" klubuna keçir. Milan klubunun Nilseni almasına səbəb Nerazzurrının baş məşqçisi Elenio Erreranın Nilsenin Yuventusa keçməsindən qorxduğu və bununla da danışıqlar apardığı ilə əlaqəli idi. Ancaq "İnter"də Nilsen zədələr və artıq çəkidən əziyyət çəkməsinə görə əsas heyətdə yer qazana bilmir və "İnter"də cəmi 8 oyun keçirir.

1968-ci ildə "Napoli" klubuna keçir və burada da nadir hallarda meydana çıxır.

Nilsen daha "Sampdoriya" klubuna keçir və 1970-ci ildə burada karyerasını bitirir.

Uğurları

Komanda İtaliya çempionu: 1964

Fərdi Danimarka çempionatının bombardiri: 1960 (19 qol) Danimarkada ilin futbolçusu: 1961 İtaliya çempionatının bombardiri: 1963 (19 qol), 1964 (17 qol)

Karyera Statistikası +Klub KaryerasıKlubMövsumLiqaKubokAvrokubokToplamOyunQolOyunQolOyunQolOyunQolFrederikshavn19592119?? - -??19602219??00??196165000065Toplam4943??0049+43+Bolonya1961/6216800218101962/632919001138301963/6433036251964/65311310135141965/662912000029121966/672180052613Toplam15882432019182104İnter1967/68824200124Toplam824200124Napoli1968/6910242195Toplam1024251195Sampdoriya1969/7040000040Toplam40000040Bütun karyerası22912912+7+2520266+156+

İstinadlar

Xrici keçidlər

İnter.it saytında profil Dbu.dk saytında profil Harald Nielsen və Rudy Hansenin şəxsi saytı

Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Danimarka futbolçuları Kateqoriya:Danimarka milli futbol komandasının oyunçuları Kateqoriya:Napoli FK oyunçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:1960 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:1960 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Danimarkanın kişi futbolçuları Kateqoriya:Milan FK futbolçuları