Aslandüz döyüşü — 1812-ci il oktyabrın 10-da Rusiya-İran arasında İranın şimalında, Cənubi Azərbaycanda, Muğan ərazisində baş verən, Rusiyanın qələbəsi ilə nəticələnən döyüş.
Bu ərazinin İran və Azərbaycan tarixində xüsusi bir rolu var. Gülüstan müqaviləsinə yol, məhz Aslandüzdən keçirdi.
Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli Harvord Consun yerinə Tehrana səfir göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha çatdırdı. Tezliklə İngiltərədən İrana 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi.
1810–1811-ci illərdə Osmanlı ilə savaşda Rusiyanın bəzi uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi imzalandı. Osmanlının Qafqaz sərhədləri dəyişməz qaldı. Bununla Türkiyə Transqafqaz torpaqlarının çoxunun Rusiyaya qatılmasını tanımalı olurdu.
1812-ci ilin başlanğıcında 20 minlik Abbas Mirzənin rəhbərlik etdiyi İran ordusu yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın böyük bir ordu ilə Rusiyaya daxil olması İranda ruh yüksəkliyi və sevinclə qarşılandı. Artıq iyul ayında İranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə hücum etdi.
Avqust ayında 10 minlik İran ordusu Talış xanlığına daxil oldu. Ancaq burada da yerini bərkidə bilmədi. Ağoğlandan rus qoşunu ilə gələn Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə sarsıdıcı zərbə endirdi. Rus ordusu Talış xanlığına yönəldi. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutuldu. Rusiyanın yeni baş komandanı Rtişçev təşəbbüsü bütünlüklə öz əlinə aldı. Rusiyanın 1812-ci il Rus-İran müharibəsində uğur qazanması İranın bir sıra ümidlərinə son qoydu.
Tarixi thumb|left|İngiltərə nümayəndə heyəti Fətəli şah Qacarın sarayında: general Con Malkolm, Harford Consın və Qor Ouzli Rus qoşunları Rusiya-Türkiyə müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandılar. M. İ. Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci ilin mayın 16-da Buxarestdə Rusiya ilə Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə,Türkiyə Zaqafqaziyanın böyük bir hissəsinin rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. İndi İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa sövq etməyə can atırdı, Rusiyada İranla sülh bağlamasında maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi.
General Rtişşev 1812-ci il aprelin 20-də Zaqafqaziya diyarını idarə etməyə və buradakı rus qoşunlarına komandanlığa başlayanda İranla sülh bağlamaq göstərişi aldı. İndi rusiya demarkasiya xəttinin Kür, Araz, Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin danışıqlar uzandı, çünki Abbas Mirzə ərazi güzəştləri tələb edirdi.
Bu zaman beynəlxalq münasibətlərdə yeni dəyişikliklər baş verdi. 1812-ci ilin yayında Napaleon Fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci ilin iyulun 8-də İngiltərə ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Rusiyanın başının Fransa ilə müharibəyə qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvələrinin Napaleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək, öz ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı.
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün də, hər şeydən əvvəl, general Kotlyarevskinin dəstəsinin yerləşdiyi möhkəmləndirilmiş Mehrini tutmaq lazım idi. İyulun 12-də möhkəmləndirilmiş İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da, daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran qoşunlarının digər dəstələri Ərçivanı tutub, bununla da Azərbaycanın içərilərinə doğru yol açdılar. Rusiyanın Zaqafqaziyadakı vəziyyəti yenə də mürəkkəbləşdi. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Şah qoşunları yenidən hərbi əməliyyata başladı.
Abbas Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında, Araz sahilinə cəmləşdi. O, Kotlyarevskinin komandanlığı altında qarşısında dayanmış rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpol (Gəncəyə), daha sonra Gürcüstana irəliləmək niyyətində idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus sərhəd məntəqələrinə hücum üçün, həm də İrəvan xanının qüvvəsindən istifadə etməyi qərara almışdı. Pirqulu xanın komandanlığı altında 4 minlik dəstə isə Səlim xanın Şəkidəki hakimiyyətini bərpa etmək, sonra isə Kaxetiyada gürcü şahzadəsi Aleksandırın qoşunları ilə birləşərək Tiflis üzərinə birgə hücum üçün Şəkiyə göndərildi.
Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında,Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı rus qoşunları qarşıladı. Bu qoşunlar Dilican dərəsində qələbə çaldılar. Pirqulu xan da Şəkidə darmadağın edildi, Abbas Mirzə qərara gəldi ki, özü Şəkiyə yerisin və Pirqulu xanın qalan qüvvələri ilə birləşsin. Bu məqsədlə o öz qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Rus dəstələrinin rəisi Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və onun hərəkətlərinin qarşısını almaq qərarına gəldi. Lakin Kotlyarevskinin qüvvələri az idi, onun üçün qətiyyət və qəfillik tələb olunurdu. O, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan zərbə endirmək məqsədilə dağlara 70 kilometrlik gecə yürüşü etdi. Hücum o qədər gözlənilməz oldu ki, Abbas Mirzənin darmadağın edilmiş qoşununun qalıqları düşərgəni qoyaraq qaçmaqla canlarını qurtardı. Abbas Mirzə əzilmiş hissələrin qalıqlarını toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara aldı. Lakin Kotlyarevski, Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi.
Lənkəranın alınması Pirqulu xan İran qoşunlarının darmadağın edilməsindən xəbər tutaraq, tələsik Şəki xanlığını, ümumiyyətlə Şimali Azərbaycan ərazsini tərk etdi. Tezliklə Kotlyarevski İran qoşunlarını sıxışdırıb çıxarmaq üçün Lənkəran xanlığına göndərildi. O,1812-ci il dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola düşərək arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu. Xəzər donanmasıda buraya göndərilmişdi. İngilislər tərəfindən təlimat almış iranlılar Lənkəran qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər piyadadan ibarət kömək gəldi.QAKA, V cild, sənəd 850
Dekabrın 21-də İran qoşunlarının ön dəstələri Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan İran qoşunları Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq, Lənkərana tərəf irəlilədi. O, xanlığın ərazisinə daxil oldu. Lənkəran qalasının təslim olunması barəsində Kotlyarevskinin dəfələrlə etdiyi təkliflər rədd olundu. Rus qoşunları qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdular. Dekabrın 31-də Kotlyarevski qoşunları üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı. Amansız və qanlı çarpışma 3 saatdan çox şəkmədi və qala alındı.
Lənkəranın alınması Rusiya-İran müharibəsinin taleyini həll etdi. Abbas Mirzənin yanında xidmət edən fransız zabiti rus qoşunlarının Aslandüz və Lənkəranda qazandıqları qələbələrin əhəmiyyəti haqqında yazırdı:
Döyüş ərəfəsində thumb|305px|Araz çayı sahili,Xüdafərin körpüsü. Kotlyarevskinin Qacarlara gözlənilməz zərbə endirdiyi yer.
İran ordusu 22 oktyabr 1812-ci ildə Abbas Mirzə ordusu ilə Araz çayının dayaz yerinə Aslandüzə yaxınlaşdı.Qacarların piyada qoşunları Darav Yurdun sol sahilində yerləşmişdi. Arazın sağ sahilində, bir təpədə süvarilər yerləşdi. İngilis zabitlərinin Arazın sahilinə süvariləri göndərməyin və çay boyunca piketlər qurmağın zəruriliyi barədə verdiyi zəmanətlərə baxmayaraq, bu heç vaxt edilmədi və postların sayıqlığı nəticəsində Abbas Mirzənin özünün böyük ordusu sücaəti, kiçik rus qüvvələrinin özünə inamı ilə ləğv edildi. İran tarixçisi Rzaqulu xan Hidayət bildirirdi:
Aslandüzdə İran ordusunun sayı Həm rus, həm də xarici mənbələrin bir sıra məlumatlarına görə,Aslandüz yaxınlığındakı fars ordusu təxminən 30 min nəfər idi. Lakin A. İ. Kruqov və M. V. Neçitaylova görə bu rəqəm çox yüksəkdir. Xüsusilə, düşərgədə demək olar ki, süvari (,, — at) olmadığını qeyd edirlər. Yüngül süvarilərin (qusarların) bu hissəsinin düşərgədən Şimali Azərbaycan vilayətlərinə, atlar üçün yaşıllıq toplamaq üçün göndərildiyi haqqında istinadlar var. "Hərbi ensiklopedik" lüğətdə Şəki xanlığına 3 min süvari göndərildiyi və fərqli yerlərə "güclü" at keşikçilərinin göndərildiyi barədə bəzi açıqlamalar var. Döyüşün özünün təsvirindən aydın olur ki, fars süvarilərinin bu hissəsi, rusların ilk hücumuna məruz qalan yüksəklikdə komandan idilər.
Avstriya Elmlər Akademiyasının almanca nəşrində Aslandüzdəki fars ordusunun sayının 20 min nəfər olduğu təxmin edilir. Ser Qor Ouslinin qeydlərinə istinadən- 14 minə qədər qoşunun olduğu bildirilir. İngilis mənbələrində də döyüşə 5 minə yaxın piyadanın qatıldığı bildirilir.
O dövrdə fars ordusunda olan Uilyam Monteys bildirdi ki, döyüş ərəfəsində Abbas Mirzənin özünə görə ordusu rus dəstəsindən beş dəfə üstün idi.
Rus heyəti 30 oktyabr 1812-ci ildə tarixində Kotlyarevski əsgərlərinə müraciət etdi.
Elə həmin gün Kotlyarevski iki yazılı əmr verdi: 1. Öldüyü təqdirdə verdiyi əmr "Baş qərargah zabitimə. Arazın sahillərindəki farslara hücum etməyi öz üzərimə götürdüyümdən, bildiyiniz əmrləri verdim; öldüyüm halda əmri qəbul edib ona əməl etməlisiniz. İlk hücumun uğursuz olarsa belə, mütləq növbəti dəfə hücum etməli, ruhdan düşməməli və bu olmadan geri dönməməli, geri çəkilməməlisiniz. Düşmən məğlub olduqda Araz yaxınlığındakı xalqları bu tərəfə köçürməyə çalışın, sonra geri qayıdın. Bu ekspedisiya bitdikdən sonra bu barədə birbaşa baş komandana məlumat verməlisiniz və mənim qərarımı və 1812-ci il 18 oktyabrda dəstədə verilən əmri təqdim etməlisiniz. — general-mayor Kotlyarevski".
2. Hücum mövqeyi "Hücum mövqeyi. 1-ci və 2-ci batalyonları gürcü qrenader alayının taborları təşkil edir ki, tüfəngçilər altı taqım batalyonun təşkil etsinlər: Üçüncü döyüş nizamı gürcü qrenader alayının bir hissəsidir, Sevastopoldan 200 nəfərdən və 17-ci yeger alayının bir hissəsindən ibarətdir; sonuncusu bu iki döyüş nizamı ilə birləşdirilir. Hər döyüş nizamının silahları ilk növbədə üzdə olmalıdır; biri qrenader taqımı arasında, digəri tüfəngçilər arasında; Onları digərlərindən ayırmamaq şərtilə, zabit və unter zabitin ən etibarlı 20 nəfəri silahlanmalı idi. Mayor Dyaçkovun olduğu 2 yeger rəisi döyüş nizamının sağında, mayor Lentovskinin olduğu rota isə üçüncü döyüş nizamından solda, cinahları təşkil edirdilər. В походе две роты егерей впереди; за ними рота гренадер 1-го каре, потом 2 орудия; за ними колонна из середины, после сего в таком же порядке другие 2 каре, а за оными рота егерей. Arazın qarşı tərəfinə keçdikdən sonra, kvadrat şəkilli hərbi düzülüşdən sonra, necə hərəkət etməli olduğunuzun əmri veriləcəkdir. Kazak alayları öndə (avanqarda) gedir,50 nəfəri isə arxada (arerqard da); və Araz üzərindəki keçid boyunca düzülürlər: 1-ci hərbi düzülüşün sağında Krasnov, Popov isə 1-ci və 2-ci arxa cərgələr arasında yerləşmişdi.