Zeynəb Həmid qızı Məmmədyarova () — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster.
Həyatı Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib.
Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir.
Məşqçisi Həmid Məmmədyarovdur.
İctimai fəaliyyəti 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olurZeynəb Məmmədyarova Sumqayıt bələdiyyəsində vəzifə aldı .
Uğurları 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003).
İstinadlar
Xarici keçidlər
FIDE Chess Profile Zeinab Mamedjarova. Chess-DB.com Zeinab Mamedjarova. Chessgames.com Zeinab Mamedjarova. 365Chess.com Mamedyarova, Zeinab. OlimpBase.org
Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Sumqayıt bələdiyyəsinin üzvləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları