thumb|West-Hinder II adlı Belçikaya məxsus üzən mayak. Hazırda Zebrügge şəhərinin muzeyində saxlanılır Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.

İstinadlar

Kateqoriya:Gəmilər