thumb|250px|Turfanda qonaqlara hazırlanan çay, təndir çörəyi və sangzı yeməyi (2018) thumb|250px|Urumçidə uyğur təndir kababı
Uyğur mətbəxi ()— Türk xalqlarından biri olan Uyğurların ənənəvi yeməkləri. Uyğur mətbəxi dünyanın ən böyük və zəngin mətbəxlərindən biridir. Uyğur mətbəxi öz unlu yeməkləri və çeşidli ədviyyatların geniş istifadəsi ilə də seçilir.
Tarix Uyğurlardakı yemək və içmək adətləri Sincan bölgəsinin tarixi ipək yolu üstündəki yerləşimi, Sincanın iqlim və coğrafiya baxımından özəllikləri və Uyğurlardakı islami dini tərəfindən əməl elədiklərindən şəkilləndirir. İpək yolunda bir çox fərqli koltorun alışverişinə imkan yaratmasıyla Uyğur mətbəxi başqa Orta Asiya, Ön Asiya, Ortaşərq və Şərq Asiya mətbəxlərində var olan ünsürləri də özündə içərir. Plov, lagman və samsa kimi yayğın Uyğur yeməkləri bu əski koltor alışverişini göstərir. Uyğur mətbəxinin özəlliklə Özbək mətbəxi kimi Orta Asiya mətbəxləri ilə paylaşdığı bənzərliklər çox bəlli; ayrıca Çin İslam mətbəxi ilə paylaşdığı bir çox ortaq nöqtəsi mövcüddür. Uyğur mətbəxindəki təməl yemək maddələri çörək ( nan) və əriştə ( çöp) kimi unlu yeməklər ( un tamaq) və heyvan ətidir (xüsus ilə qoyun və quzu əti).Food and Resistance among the Uyghur in Contemporary Xinjiang
Məhsullar Qoyun əti, mal əti , dəvə əti, toyuq , qaz , yerkökü , pomidor , soğan , bibər, badımcan , kərəviz , müxtəlif süd məhsulları və meyvələr Uyğur mətbəxinin xarakterik maddələridir. Uyğurlara qonaq olduqda, əsas yeməklər hazır olmadan qonaqlara çay, çörək (nan) və meyvə verirlər . Uyğur yeməklərinin çoxu özəl çubuqlarla yeyilir; Bu, XIX əsrdə Han Çin mədəniyyətindən qəbul edilmiş bir vərdişdir.Bellér-Hann, Ildikó (2002). "Temperamental Neighbours: Uighur-Han Relations in Xinjiang, Northwest China". Schlee, Günther (Ed.). Imagined Differences: Hatred and the Construction of Identity. LIT Verlag Münster. s. 76. Ədviyyatlar arasında daha çox cirə, qara bibər və qırmızı bibər geniş İstifadə olunur. Yeməklər thumb|250px|Uyğur Laqmanı
Laqman— Əriştə, ət və tərəvəzdə əldə edilən ən məşhur uyğur yeməyi. Mantı Göşörya— Soğan, kələm, tərəvəz və ətdən əldə edilən xəmir yeməyi. Plov— ət və ədviyyatla qaynadılmış düyü. Uyğur mətbəxi müxtəlif növ plovlarla seçilir: göyərti, darı , buğda, torbada plov, ətli plov, yumurta plov, meyvəli plov. Samsa Qozlu samsa () Yağ-samsa Qoş-nan (Ət-çörək)—xəmir və qıyılmış ətli yemək növü. Sanzı Manpar— xəmir parçaları ilə ət və tərəvəzdən bişirilən bir şorbadır. Lazji— tərəvəz və ədviyyatla qızardılmış toyuq filesi. Aşliyan-fu— Çin mətbəxindən Uyğur mətbəxinə daxil olan Əriştəli yemək. Uyğur çayı Bağırsaq Beşbarmaq Təndir kababı Qovurğa-kabab Qovurma-kabab Təndir çörəyi Küncüdlü çörək Həmək-nan— Uyğur çörəklərindən biri. Şorba (Şurpa) Çəlpək— Türk xalqlarının ənənəvi tortu. Ağ-aş— düyü, ət, soğan, duz və göyərtidən əldə edilən plov. Mərcan-kabab ()— Qoyun əti, soğan və yumurtadan əldə edilən kabab. Qənd halvası— Quyruq yağı, ağ un, şəkər tozu və sudan bişirilən halva. Qovun halvası () Quymaq
Görüntülər
İstinadlar
Синьцзян: этнографический очерк. Автор: 薛宗正. Издатель 五洲传播出版社, 2001. — ISBN 7801138597, 9787801138590
Kateqoriya:Uyğur mətbəxi Kateqoriya:Uyğur mədəniyyəti