Seyid Mehmed Zeynalabdin Əfəndi () — Osmanlı alimi və şeyxülislamı.Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, İstanbul 1972, s. 131.
Həyatı 6 noyabr 1667-ci ildə İstanbulda dünyaya gəldi. Atası Manisalı qazəsgər Mahmud Əfəndidir. Doğulduğu əsnada atası hələ müdərris idi. 2 yaşındaykən isə atası Hələb, ardından Bursa və 1683-cü ildə İstanbul qazısı oldu. Bütün bu illər ərzində mədrəsə təhsilini tamamlayan Zeynalabdin Əfəndi bu əsnada şeyxülislam Əbəzadə Abdullah Əfəndinin qızıyla evləndi. Ankaralı Mehmed Əfəndinin şeyxülislamlığı illərində 1687-ci ilin fevralında müdərrislik dərəcəsi qazandı.
Müxtəlif mədrəsələrdə xidmət etməsinin ardından qazı olaraq təyinat aldı. 1704-cü ilin noyabrında Saloniki, 1710-cu ilin martında Misir, 1715-ci ildə İstanbul qazılığına gətirildi. 1722-ci ilin fevralında naqibüləşraflığa, həmin ilin iyununda isə Anadolu qazəsgərliyinə yüksəldi. 1728-ci ilin mayında və 1732-ci ilin iyulunda 2 dəfə Rumeli qazəsgəri oldu. 1 ay sonra Ömər Əfəndinin ölümü ilə boşalan naqibüləşraflıq vəzifəsi yenidən Zeynalabdin Əfəndiyə verildi. 1735-ci ildə həcc ziyarətinə getdi və döndükdən sonra 1739-cu ilin fevralında üçüncü dəfə Rumeli qazəsgəri oldu.İlmiyye Salnâmesi, s. 522–523 (fetvasından bir örnekle); 1744-cü ilin dekabrında Mehmed Dədə Əfəndinin yerinə üçüncü dəfə naqibüləşraflığa gətirildi. 1746-cı ilin avqustunda dördüncü dəfə Rumeli qazəsgəri, 25 oktyabr 1746-cı ildə isə şeyxülislamlığa yüksəldi. Bu əsnda səksən yaşlarında olan Zeynalabdin Əfəndi bu səbəblə aktiv siyasət apara bilmədi. 2 ilə yaxın bu vəzifədə qaldıqdan sonra 20 iyul 1748-ci ildə vəzifədən alındı və Anadolu hisarı yaxınlığındakı sahil köşkünə çəkildi. 1751-ci ilin oktyabrında burada vəfat etdi və Əyyubsultanda Kiçik Əmir Əfəndi türbəsinin həyətinə dəfn edildi.İzzî, Târih, İstanbul 1199, vr. 70b-71a, 175b-176a, 262a-b;
Mənbə BA, İbnülemin-Tevcîhat, nr. 2215; Râşid, Târih, V, 440; Devhatü’l-meşâyih, s. 95; İsmet, Tekmiletü’ş-Şekāik, s. 186–190; Sicill-i Osmânî, II, 443; Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 476; a.mlf., İlmiye Teşkilâtı, s. 184; Danişmend, Kronoloji, V, 140;
İstinadlar