İsa İsmayılov (tam adı: İsa Namaz oğlu İsmayılov ) – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, FTT ixtisası üzrə elmi seminarın sədri, pedaqogika üzrə elmlər doktoru, ADPU-da FD 02.061 Müdafiə Şuasının üzvü, Şura yanında FTT ixtisası üzrə elmi seminarın sədri, Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü.

Həyatı 1946-cı ildə Ermənistanın Razdan (Axta) rayonunun Qayıqocalı(Axundov) kəndində anadan olub. 1956-cı ildə Axundov kənd səkkizillik məktəbin VI sinfini, 1962-ci ildə Saatlı rayonu Xanlar kənd orta məktəbini bitirmişdir. 1962–67-ci illər V.İ. Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1967–71-ci illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. 1967–70-ci illərdə Saatlı rayonunu Fətəli kənd orta məktəbində riyaziyyat-fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1970–73-cü illər Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

1974–83-cü illərdə V.İ. Lenin adına APİ-də laborant, laboratoriya müdiri, 1983–85-ci illərdə APİ-nin "Fizikanın tədrisi metodikası" kafedrasının müəllimi, 1985-ci ildə İnstitut metod şurasının katibi, 2000–2004-cü illərdə ADPU-nun ixtisaslaşmış dissertasiya şurasının elmi katibi, 2014-cü ildən ADPU-nun metod şurasının sədr müavini, 2007–2016-cı ilə qədər "Testlərin keyfiyyətinə nəzarət və qəbulu" komissiyasının sədri, 2016–17-ci ildə "Fizika texnologiya" fakültəsinin metod şurasının sədri, Universitetin dissertasiya şurasının elmi katibi, 2013–15 və 2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü kimi ictimai işləri yerinə yetirmişdir.

1985–89-cu illərdə baş müəllim və inistitut bilik cəmiyyətinin elmi katibi, 1989–2017-ci illərdə N.Tusi adına ADPU-nun "Fizikanın tədrisi metodikası" kafedrasının dosenti, 1996–2003-cü illərdə "Aspirantura, Doktorantura və Magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1980-ci ildə Moskva Hərbi Siyasi Elmlər Akademiyasının generalı, Moskva Politexnik muzeyinin nəzdində "Texniki vasitələr və proqramlaşdırılmış təlim" fakültəsinin dekanı, prof. İ.İ.Tixonovun rəhbərliyi altında "Orta məktəbdə fizikanın tədrisində texniki vasitələr və proqramlaşdırılmış təlimdən kompleks istifadənin effektliyi" mövzusunda dissertasiya müdafiə edərək, fizikanın tədrisi metodikası ixtisası üzrə elmlər namizədi, 2011-ci ildə isə "Ümumtəhsil məktəblərində Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2013-cü ildə pedaqogika üzrə elmlər doktoru(fizikanın tədrisi metodikası ixtisası üzrə) elmi dərəcəsini almışdır.

ADPU-da nəşr olunan "Təhsildə İKT" jurnalının məsul katibi, redaksiya heyətinin üzvü, Pedaqoji Universitetin Xəbərləri(Riyaziyat və təbiət elmlər seriyyası üzrə) jurnalının redaksiya şurasının üzvü və Pedaqogika (pedaqogika, psixologiya elmlər üzrə elmi-nəzəri-metodik) jurnalın redaksiya şurasının üzvüdür. 2018–2020-ci illərdə Fizika fakültəsində magistr dissertasiya şurasının sədri olmuşdur.

Hazırda Fizika fakültəsinin Elmi Şurasının üzvüdür; ADPU-nun "Fizikanın tədrisi metodikası" kafedrasının professorudur; ADPU-da müdafiə Şuasının üzvü, Şura yanında FTM ixtisası üzrə elmi seminarın sədridir; Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvüdür.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvüdür.

Ailəsi Ailəlidir, üç övladı, yeddi nəvəsi var.

Fəaliyyəti 1967–70-ci ildə Saatlı rayonu M.F.Axundov kənd orta məktəbində riyaziyyat-fizika müəllimi, 1970–73-cü illər Az.DETPİ-nun (əyani) aspirantı, 1974–83-cü illər V. İ. Lenin adına APİ –də laborant, laboratoriya müdiri, 1983–85-ci illər FTM kafedrasında müəllim, 1978–86 illər V. İ. Lenin adına APİ –də İnstitut metod şurasının katibi, 2000 −2004-cü illərdə ADPU-nun ixtisaslaşmış dissertasiya şurasının elmi katibi, 2014-cü ildən ADPU-nun metod şurasının sədr müavini, 1985–89-cu illər b/müəllim və APİ-nin bilik cəmiyyətinin katibi, 1989–2017-ci illərdə FTM kafedrasında dosent, 1996–2003-cü illər ADPU-nun "Magistratura, aspirantura və doktorantura" şöbəsinin müdiri. 2007–2016-cı illərdə ADPU –da "Testlərin keyfiyyətinə nəzarət və qəbulu" komissiyasının sədri, 2012–14 və 2017–18-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü, 2017 - hazırda "Fizikanın tədrisi texnologiyası kafedrası"nda professor vəzifəsində çalışır.

Respublika və Beynəlxalq konfranslarda təmsilçilik, mükafat və təltifləri 12–14 may 2007-ci il – "Müəllim hazırlama siyasəti və problemləri". Hacettepe Universiteti. 2–4 iyun 2008-ci il – Fizika təlimində YİTV-dən praktik istifadənin əsas istiqamətləri. Bakı. Tətbiqi Riyaziyyat İnstitutu, BDU. 16–18 mayıs 2010 – Hacettepe Üniversitesi, Beytepe- Ankara. Uluslararası Öyretmen Yetişdirmə Politkaları ve Sorunları Sempozumu 2011-ci il – pedaqoji elmlər üzrə ilin alimi- III yer (ADPU) 2012-ci il – pedaqoji elmlər üzrə ilin alimi- I yer (ADPU) 2012-ci ildə – Azərbaycan RespublikasınınTəhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı 21–26 may 2012-ci il – Fəal təlim və müasir təlim texnologiyaları üzrə təlimdə iştirak etmişdir. 3–4 may 2013-cü il – Müəllim hazırlama siyasəti və problemləri. Beynəlxalq simpozum. 2013-cü il – pedaqoji elmlər üzrə ilin alimi- III-yer (ADPU) 2016-cı il – ADPU-nun rəhbərliyindən təşəkkürnamə. Guba on October 2017 – İnteractive Education in University Systems. Universite Paris 1 Pantheon Sorbonne. 2021 — Azərbaycan Dövlət Pedaqoji Universitetində uzun illər səmərəli elmi-pedaqoji fəaliyyəti və 75 illik yubileyi nəzərə alınaraq Fəxri Fərman 2021 — Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı. 6-7 aprel 2023-cü il - Təşkilat komitəsinin üzvü. “İnnovasiyalar və təhsilin keyfiyyəti”. Bölmə rəhbəri. “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar”. Magistrantların Respublika elmi konfransı. Bakı. 5-6 aprel 2024-cü il - Bölmə rəhbəri. Təhsildə menecement və yeni təlim texnologiyaları. “İnnovasiyalar və təhsilin keyfiyyəti” Magistrantların VII Respublika elmi konfransı. ADPU

Əsərləri

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı Müasir şəraitdə gələcək fizika müəllimlərinin peşə hazırlığının yüksəldilməsində yeni infolrmasiya texnologiyalarının rolu və funksiyaları. "Müəllim hazırlama siyasəti və problemləri". Beynəlxalq konfransın materialları. Bakı, TİKA, 12–14 may 2007. Hacettepe Universiteti. Sertifikat. Fizika təlimi prosesində YİT-in yeri və tətbiqi yolları. Təhsildə Qloballaşma və İKT mövzusunda Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, ADPU, 2008 Fizika təlimində YİTV-dən praktik istifadənin əsas istiqamətləri. Beynəlxalq konfransın materialları. Bakı. Tətbiqi Riyaziyyat İnstitutu, BDU, 2008 Использование средств новых информационных технологий в эффективной организации демонстрационного эксперимента по физике Новые технологии в образовании. Воронеж, Мастеринг, 2009, № 1 Использование компьютерных технологий при решении задач по физике в средних общеобразовательных школах. Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2009, № 4 Некоторые теоретические проблемы использование средств новых информационных технологий (СНИТ) в преподавании физики и пути их решения. Журнал научных публикации аспирантов и докторантов. Курск, 2009, № 7 Пути и возможности использования новых информационных технологий для эффективного проведения лабораторных уроков по физике в средней школе. Наука и жизнь Казахстана, 2009, № 5–6 Fizika müəllimlərinin hazırlığında yeni informasiya texnologiyalarının əsas tətbiq istiqamətləri. Uluslararası Ögretmen Yetişdirme Politikaları ve Sorunları Sempozyumun materyalları. 16–18 Mayıs 2010. Hacettepe Üniversitesi, Beytepe – ANKARA. Информационные технологии на уроках физики как фактор развития инноваций в школьном образовании. Международной научно-практической конференции. Инновационная образовательная деятельность: региональные аспекты 14–15 апреля 2011 года. Белая- Церковь. Использования ИКТ в преподавании термодинамики в средней школе. Вестник педагогических инноваций. Научно- практический журнал. Новосибирский, НГПУ, 2011, № 4 (20) Использования ИКТ в преподавании термодинамики в средней школе. Модернизация системы непрерывного образования. III Международная научно-практическая конференция. Материалы конференции 24–26 июня 2011г. Дагестанский институт повышения квалификации педагогических кадров. Дербент 2011 Информационно-коммуникационные технологии обучения термодинамике учащихся. Реализация компетентностного подхода в профессионально-педагогическом образовании. Meжвузовская научно-практическая конференция. Сборник статей // Под. ред. М.Х. Хай Булаева, А.С. Аскерова Махачкала: ГОУ ВПО "ДГПУ", 2011. Okullarda bilişim teknolojilerinin kullanımıyla ögretmen faaliyyetinin performansını etkileyen faktörler YOM Türk Dünyası Kültür Dergisi. İstanbul, 2011, № 21 Использование средств новых информационных технологий в эффективной организации демонстрационного эксперимента по физике Поиск серия гуманитарных наук.. Научный журнал-приложение Международного научно- педагогического журнала "Высшая школа Казахстана". № 2, 2012 Использование ИКТ в формировании понятия "энтропия" в физико-математическом профильном классе средней школы Казахский Национальный Университет имени Аль- Фараби. Вестник серия педагогической науки. Алматы, 2012. № 1 (35) Эффективное использование İKT проведение лабораторных уроков по физике в средней школе. Модернизация системы непрерывного образования. IV Международное научно- практическое конференция. 29–30 июня, 1 июля 2012 г. Министерство образования науки РФ ФГБОУ ВПО "Дагестанский Государственный Педагогический Университет" Математический факультет. Физический факультет . Maxaчkaлa 2012. Использование компьютерных технологий при решении задач по физике в средних общеобразовательных школах. Кировоградьский державний ПУ им. В.Винченко. Науковi записки. Серiя: Проблеми методики фiзико-математичноi i технологичноi освiти. Випуск 3, Кировоград, 2013 Актуальные проблемы методики преподавания физики: возможности и перспективы. Модернизация системы непрерывного образования. VI Международное научно- практическое конференция. 10–12 июля 2019 г. Maxaчkaлa 2019. Müəllim  hazırlığında istifadə olunan müasir təhsil texnologiyaları -  şagird  təfəkkürünün inkişaf etdirilməsinin başlıca  vasitəsi  kimi. Naxçıvan Müəllimlər İnstitutu,  Naxçıvan Dövlət Universiteti. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Müasir mərhələdə müəllım hazırlığının aktual məsələləri: uğurlar və çağırışlar mövzusunda Beynəlxalq elmi konfrans. Naxçıvan şəhəri, 15-16 dekabr 2022-ci il Müəllim hazırlığında fizika mühazirələrinin səmərəli təşkili uğurlu təhsilin ilkin amillərindən biri kimi. Ümumi lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” Beynəlxalq  elmi  konfrans. V hissə. Gəncə.  03-04 may 2024, səh.110 - 113     

Seçilmiş əsərləri

Monoqrafiya, dərslik və dərs vəsaitləri İsmayılov İ.N., Abdullayev C.S. Təlimin texniki vasitələri və yeni informasiya texnologiyaları. Tədrisdə onlardan istifadə metodikası (fizika materialları əsasında) Dərs vəsaiti. ABU, "Təhsil", 2006, 358 s İsmayılov İ.N. Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə üzrə işin sistemi. Monoqrafiya. Bakı, Mütərcim, 2009, 243 s. İsmayılov İ.N. Ümumtəhsil məktəblərində fizika təliminin müasir texnologiyaları. (Monoqrafiya)."Elm", 2012, 257 s.