Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri.

Haqqında Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur. Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur. Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir. Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Səfəvilər